Son 20  gün ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin 4 yüksək vəzifəli şəxsi rüşvət ittihamı ilə həbs edilir...

 Azərbaycan Baş Prokurorluğundan  "Təzadlar"a verilən məlumatda bildirilirdi ki, sentyabrın 5- də Gömrük Risklərinin İdarə olunması və Audit Baş İdarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin rəisi vəzifəsində işləyən Anar Aslanovun ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 55 min manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2023-cü ilin iyun-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 400 avtomobili qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib. Anar Aslanova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
 Bundan öncə, avqustun 16-da, 29-da və sentyabrın 1-də Azərbaycan Gömrük Komitəsinin vəzifəli şəxsləri eyni ittihamlarla həbs edilib.

XXX
Artıq illərdir gömrük orqanlarının çoxsaylı vəzifəli şəxsləri rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbsə məhkum edilir. Bununla yanaşı, müşahidəçilər bu sistemdə neqativ halların hələ də davam etdiyini bildirirlər. Təhliçilər gömrük strukturunda ciddi islahatlara, şəffaflığın artırılmasına, ictimai nəzarətin gücləndirlməsinə ciddi ehtiyac duyulduğunu bildirirlər. 
Bəli, təkcə son 20 gün ərzində ölkənin gömrük sistemində 4 yüksək tütbəli şəxsin rüşvət ittihamı ilə həbsinin şahidi oluruq. İstər-istəməz sual yaranır: Gömrük Komitəsində nə baş verir və bu sistemdə rüşvət almanın kökündə nə dayanır ki, məmurlar islah olunmur, rüşvətalmanı tərgidə bilmirlər?!
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN