"Rusiya Ermənistanla konstruktiv münasibətlərə dəyər verir, amma baş nazir Nikol Paşinyanın Rusiya sülhməramlılarının missiyasının uğursuzluğu haqqında tezisləri ilə razılaşmaq olmaz".

Tezadlar.az Ria-Novosti-yə istinadla xatırladır ki, dünən çərşənbə axşamı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında belə deyib. Sitat: "Rusiya bu regionun tamamilə ayrılmaz tərkib hissəsidir, buna görə o, heç yerə gedə bilməz. Rusiya Ermənistandan gedə bilməz..." Və Peskov "Rusiyada Ermənistanın özündə olduğundan daha çox erməni yaşadığını" unutmamağa çağırıb. "Onların əksəriyyəti vətənpərvər RF vətəndaşlarıdır və ölkənin inkişafına layiqli töhfələrini verirlər",- deyə Peskov əlavə olaraq qeyd edib ki, Rusiya Qarabağda təhlükəsizliyin zamini rolunu oynamağa davam edir və öz missiyasını dayandırmaq niyyətində deyil. "Rusiya bu regionda vəziyyətin sabitləşməsində və münaqişənin aradan qaldırılmasında ardıcıl, çox vacib rol oynayır. Rusiya heç yerə getmir və getmək niyyətində deyil".

 Xatırladaq ki, sentyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyan İtaliyanın La Republica nəşrinə müsahibəsində Rusiyanın Qarabağda öz rolunu yerinə yetirmədiyini və tədricən Cənubi Qafqaz regionundan getdiyini bildirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN