Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “New York Times”a (NYT) açıq məktub ünvanlayıb.

Tezadlar.az bildiri ki, H.Hacıyev bu barədə özünün tvitter hesabında paylaşım edib. O, “New York Times”ın bütün səslər üçün ədalətli platforma olmaq əvəzinə, alternativ baxışlara təhlü kəsizlik divarları və bürokratik maneələr qoymasına təəssüfləndiyini bildirib. Sitat: "Bütün səslər üçün ədalətli platforma olmaq əvəzinə, mən təəssüflənirəm ki, “New York Times” alternativ baxışlara təhlükəsizlik divarı və bürokratik maneələr qoyur. “X” mənim ölkəmə qarşı sovet üslubunda təbliğat aparan bəzi qərb media orqanlarının informasiya monopoliyasına qarşı daha güclü alternativ, azad və açıq platforma təqdim edir. Bu məqalələrin hamısını, o cümlədən “New York Times”nı yoxlayanda belə təəssürat yaranır ki, onların hamısı eyni hökumət studiyasında və ya erməni lobbisi və hökuməti tərəfindən maliyyələşdirilən PR şirkətində yazılıb”.

Bəli, erməni lobbisinin barmağı indi də ABŞ mediasında öz işini görür. Dünyaya demokratiya və azad söz dəyərlərindən danışan ölkələrin media tribunasından qərəz püskürülürsə, başqa nə deyəsən. Deməli, biz özümüzə və öz gücümüzə inanmalıyıq...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN