…Bu gün Aşuradır. Allah Peyğəmbərimizə (Ə.S.), onun övladlarına, nəvələrinə, nəticələrinə, kötücələrinə, yadıcalarına və bütün Qarabağ şəhidlərinə min dəfə rəhmət eləsin!

 Bu gün Aşuradır. Dini-elmi ədəbiyyatda da yazılır ki, Aşurada, yəni Peyğəmbərin nəvəsi imam Hüseynin Kərbəla düzündə şəhid olduğu gün baş yarmaq, zəncirlə sinə döymək və başına döymək  s. yolverilməzdir. Bu ənənə daha çox İranda həyata keçirilir... Azərbaycanda da Sovetlər dönəmində bu ritual qadağan olunsa da, müstəqillik qazandığımız illərdən bəri bu vəziyyəti davam edir. Hansı ki, Qafqazın ümumi şeyxi olan Allahşükür Paşazadə də bunu dəfələrlə bəyan edib. Amma kimlərsə kimlərinsə sifarişini yerinə yetirmiş kimi, inadkarlıq göstərərək bu ritualı ciddi cəhdlə həyata keçirməyə çalışır, yürüşlər təşkil edilir, yollarda tıxaclar yaranır və s.

Bu gün «Azərbaycan» nəşriyyatının arxa küçəsindəki tıxacı görüb biz də səbəbi ilə maraqlandıq. Məlum oldu ki, buradakı məsciddə qeyd etdiyimiz ritual həyata keçirilir. Bir yerə cəm olmuş çoxsaylı insanların səs-küyü, «İmam Hüseyn!» çağırışları eşidilirdi… Hansı ki, dünən virusa yoluxma 4100 olub, 17 nəfər ölüb. Belə çıxır ki, ən azı sabah bu rəqəm 5-6 min olacaq…  TƏBİB hər gün haray salır ki, sosial məsafəni gözləyin, bir yerə toplaşmaq olmaz. Məsələn, toylara iki ildir qoyulan qadağalar kimi.

Burada məscidin qarşısına və ətrafına yığışanların sinə döymələri, bəzilərinin başına zəncir vurmasını gördükdə istər-istəməz bütün İmam Hüseyn rəğbətlilərə can sağlığı diləməklə, İmama rəhmət oxuyaraq düşünməli olursan: Azərbaycanda Kərbala şəhidlərindən onqat, yüzqat şəhid meydanı-Qarabağ və ermənilərin soyqırım törətdiyi Xocalımız var. Görəsən neçə əsr əvvəl şəhid olmuşların xatirəsini başyardı, sinədöydü, şaxsey-vaxsey… ilə yad edən bu insanlar və onlara tapşırıq verənlər 30 il əvvəl və ötən ilin 44 günlük müharibəsində Kərbəla düzü olmuş Qarabağda- Xocalıda, Kəlbəcərdə, Zəngilanda, Daşaltıda, Şuşada, Ağdamda… torpaq, məslək, Vətən yolunda getmiş on minlərlə şəhidlərimizi də sinədöydü, başyardı… ilə yad edirlərmi hər il??? Lap elə dizədöydü ilə… Axı istər Kərbəladakı, istərsə də Qarabağdakı bütün bu şəhidlərin hamısı müsəlmandır, islam əhlidir, Peyğəmbərə bağlıdır! Onların hamısının ruhu bizim üçün əzizdir. Gəlin Qarabağlı şəhidləri də «Ya İmam, Ya Hüseyn!» deyə yad etdiyimiz altı əsr əvvəlki şəhidlərimizdən ayırmadan hər il eyni qaydada yad edək! Fərq qoymadan… Hansı ki, Qarabağdakı şəhidlər erməni terrorçularının işğalına son qomaq, Vətəni yadellilərdən qorumaq yolunda qan töküb, qanlarını töküb -şəhid olublar…

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN