Azərbaycanın bütün ümumtəhsil, orta ixtisas və ali təhsil məktəblərində ilk zəng çalınıb.

Tezadlar.az xəbər verir ki, bununla da ölkədə 2023-2024-cü tədris ilinə start verilib.

Yeni tədris ilinin başlaması ilə əlaqədar Bakı şəhəri 247 nömrəli tam orta məktəbdə Bilik günü qeyd olunub.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, məktəbin müəllim kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Qeyd edək ki, 2023/2024-cü tədris ilində orta məktəblərdə 1 milyon 612 min 294 şagird təhsil alacaq.

Eyni zamanda, 135 000 uşaq birinci sinfə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. Bundan başqa, 114 484 uşaq məktəbəqədər təhsil müəssisəsinə (uşaq bağçası) gedəcək.

Həmçinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 481 131 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 40 500, IX sinfində 41 016, X sinfində 31 300, XI sinfində 26 887, XII sinfində 130 şagird təhsil alacaq.

Yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub.

Bundan başqa, işğaldan azad olunan ərazilərimizdəki məktəblərdə yeni tədris ilində ilk zəng çalınır. Bura Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi, Tərtər rayonu Talış kənd tam orta məktəbi, Füzuli şəhər 1 nömrəli tam orta məktəb və Laçın şəhər 2 nömrəli tam orta məktəbi aiddir.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN