Erməni terrorçularının bu gün Qarabağda törətdiyi terror əməlləri nəticəsində 7 polis əməkdaşı və 2 mülki şəxs olmaqla 9 vətəndaşımızın həalk olması əməlinə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi anti-terror əməliyyatlarına başlamasını rəsmən elan etdi...

Rəsmi bilgilərə istinadla deyə bilərik ki, terrorçu yuvası məhv edilməkdədir. Erməni KİV-ləri də açıq yazır ki, artıq terrorçuların sonudur və sair. Ermənistanın “Mənim şərəfim” (?) parlament fraksiyasının katibi Tiqran Abramyan isə özünün Facebook səhifəsində yazıb:  ...Bizim "müdafiə ordumuz" cəbhənin müxtəlif istiqamətlərində ağır döyüşlər aparır: bir sıra ərazilərdə qarşı tərəfin hücumu dayandırılıb (Guya!Red.). Qarabağda hərbi mövcudluğu olan Rusiya Federasiyası müharibəni dayandırmaq və Azərbaycanı danışıqlar masasına qaytarmaq üçün aydın və əsaslı addımlar atmalıdır. Rəsmi Bakının bu barədə Rusiya sülhməramlılarının əməliyyatdan əvvəl məlumatlandırıldığı barədə bəyanatlarına isə Rusiya Federasiyası hələ də cavab verməyib”.

Bəli, ikiüzlü Ermənistanın minüzlü siyasilərinə Kreml nə cavab verməlidir?! Terrorçunun bir yolu var: ya təslim, ya məhv!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA