“Ermənistan Qarabağdakı vəziyyətə görə Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq niyyətində deyil”.

Tezadlar.az "Novosti Armeniya"ya istinadla bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Ermənistan hərbi əməliyyatlarda iştirak etmir. Biz indiki vaxtda tələsik addım atmayacağıq”, - o qeyd edib. Paşinyan əlavə edib ki, bəzi dairələr dövlət çevrilişi daxil olmaqla, müxtəlif səpkili bəyanatlar verirlər: “Bu şərtlər daxilində Ermənistan dövləti qanunvericilik çərçivəsində reaksiya verməlidir. Ayrı-ayrı şəxslərə və siyasi qüvvələrə Ermənistanın dövlətçiliyinə xələl gətirmək imkanı verilməməlidir”.

*** 

Tezadlar.az xatırladır ki, bu dəqiqələrdə Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova brifinqdə deyib ki, rəsmi Moskva Bakı ilə vəziyyəti nəzarətdə saxlayır, amma terrorla mübarizə ümumbəşəri məsələdir...

A.Məmmədli

Pin It

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 05 September 2023
By Elçin Məmmədli
IMAGE
QEYRƏTLİ, ŞANLI, ŞƏHİDİM
Wednesday, 27 September 2023
By Şakir Qurbanov

İDMAN