Ermənistanın baş naziri Nikol Paşinyan bu gün sentyabrın 20-də xalqa müraciətində bildirib ki, İrəvan "Dağlıq Qarabağ" rəhbərliyinin Azərbaycanın hərbi əməliyyatları dayandırmaq üçün silahı yerə qoyması və silahlı qüvvələrinin buraxılması şərtləri ilə razılaşdığını qeyd edib...
Tezadlar.az regnum.ru portalına istinadla bildirir ki, Paşinyan Ermənistanın Xankəndi ilə Bakı arasında aparılan danışıqlarda iştirak etmədiyini də vurğulayıb. O, həmçinin Rusiya sülhməramlılarının Qarabağda öz missiyasını tam şəkildə yerinə yetirməyə davam edəcəklərinə ümid etdiyini də bildirib. Sitat: "...Baş nazir rəsmi Bakının Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılması tələblərinin onun üçün anlaşılmaz məsələ olduğunu deyib. Baş nazir deyib ki, axı 2021-ci ilin avqust ayından bu yana Ermənistan ordusunun Qarabağda heç bir qoşun birləşmələri yoxdur...".
Beləcə, 33 illik hay-küy və bu da son!
A.Məmmədli
P.S.İndicə məlumat gəldi ki, Paşinyan Qarabağdakı separatçıların ağ bayrağ qaldırmasından (canını "DQR" qalmaqalından qurtarıb) sonra sevinərək ziyafət verib...