Çərşənbə axşamı ABŞ dövlət katibi Entoni-Blinken prezident İlham Əliyevə "Dağlıq Qarabağın bütün sakinləri üçün sülh, qarşılıqlı anlayış və qarşılıqlı hörmətə əsaslanan gələcək quracağı" haqqında bəyanatlarını xatırladaq, onu geniş amnistiya elan etməyə çağırıb...

Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bildirib, xəbəri Turan-ın müxbiri verib. Blinken bu ay ərzində üçüncü dəfə Əliyevlə söhbət edib. Artıq məlumat verildiyi kimi, tərəflər Dağlıq Qarabağda potensial müşahidəçilər missiyasını müzakirə ediblər. Blinken Əliyevi "Dağlıq Qarabağın sakinlərinə öz evlərində təhlükəsiz şəraitdə yaşaya biləcəklərinə və hüquqlarının müdafiə olunacağına zəmanət verməyə" çağırıb, deyə Miller bildirib. 

 Blinken və Əliyev arasında müzakirələr ABŞ-n iki yüksək vəzifəli məmurunun - dövlət katibinin köməkçisi səlahiyyətlərini icra edən Yuri Kim və USAID rəhbəri Samanta Pauerin hazırda hərbi əməliyyatların nəticələrini qiymətləndirmək üçün regionda səfərdə olduqları bir vaxtda aparılır. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN