27 sentyabr “Anım Günü” ilə əlaqədar Şəkidə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rəsmi anım tədbiri keçirilib.

Şəki Şəhər İcra Hakimiyyətindən "Təzadlar"a bildirilib ki, rayon rəhbərliyi, deputatlar, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri  ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq əvvəlcə Şəhidlər Xiyabanını, daha sonra Şəhidlərin Xatirə Kompleksininin yerləşdiyi məzarlığı ziyarət ediblər, şəhid məzarları önünə gül dəstələri qoyub,  şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Anım tədbiri Şəhidlərin Xatirə Kompleksinin qarşısında davam edib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Millət vəkilləri Vüqar İsgəndərov, Əli Məsimli, Çavanşir Feyziyev, şəhid anası, “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Gülnarə Mustafayeva, Vətən müharibəsi iştirakçısı Vəlican Niftəliyev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident cənab İlham Əliyev hər il sentyabr ayının 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır.

Vurgulanıb ki, 27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.      

Qeyd olunub ki, 44 günlik Vətən Müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad etməklə tarixi qələbə əldə etdi. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək deməkdir. Şəhidlər bizim həm kədərimiz, ürək agrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, örnəyimizdir. 

Saat 12:00-da tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd edək ki, “Anım Günü” ərəfəsində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi,deputatlar, ictimaiyyət və gənclər təşkilatlarının nümayəndələri tərəfindən şəhid ailələriziyarət edilmişdir, onlara maddi köməklik göstərilmişdir. Şəhər ərazisində binalarıneyvanlarında dövlət bayraqları vəAnım Günü” ilə bağlı bannerlər asılmış, sentyabrın 27-də təhsil müəssisələrində ilk dərs Vətən müharibəsi və Anım Günü mövzusuna həsr edilmiş, həmçinin məscidlərdə şəhidlərin ruhuna dualar oxunmuşdur.

f0e4e42c-7de4-4e81-983b-c23b5a33589a

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN