Fransa Senatının üzvü "Qarabağ Azərbaycandır!" , - deyə sosial şəbəkədə yazıb.
Bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
"Fransa Senatının üzvü Natali Qule mənim “X” sosial şəbəkəsindəki paylaşımıma şərh yazaraq “Qarabağ Azərbaycandır” dedi. Fransalı sentaor qeydində yazıb: “Mən o yeri tanıyıram. Vətənə xoş gəldiniz, Qarabağ Azərbaycandır!”
natali-qaraba
Qeyd edək ki, Vüqar Bayramov öz postunda xatirələrinə toxunmuş və ermənilər tərəfindən doğma elindən didərgin salındıqdan sonra Bakıdakı yataqxanalardan birinə yerləşməyə məcbur olduqlarını və indi isə dağıdılmış yurd yerlərinə geri dönəcəklərini qeyd edib:
   
"Öz postumda Qarabağın işğal dövründən bəhs edərək qeyd etmişdim ki, “1993-cü ildə kəndimiz Ermənistan tərəfindən işğal ediləndə mənim 18 yaşım var idi. Kiçik qardaşlarım və mən Bakının Dərnəgül qəsəbəsində yerləşən bu yataqxanaya sığındıq. Təkcə kəndimiz və Füzuli deyil, Qarabağda yerləşən 7 rayon 30 illik erməni işğalı zamanı tamamilə dağıdılıb xarabalığa çevrildi. 1989-1993-cü illərdə 1 milyona yaxın Azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Biz indi geri dönürük: tamamilə dağılmış kəndlərin və şəhərlərin yenidən qurulması və inkişafı üçün”, - Vüqar Bayramov vurğulayıb.
Xatırladaq ki, Natali Qule Qarabağlı bağlı məsələdə həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib və yüksək tribunalardan Ermənistanın işğalçı dövlət olduğunu bəyan edib. Həmçinin o, dəfələrlə Ermənistanın minalanmış ərazilərimizin xəritəsini verməyə borclu olduğunu da bildirib.
Y.MƏMMƏDLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN