...Əfqanıstanda vəziyyət hələki nə ruscadır, nə də ingiliscə... Heç ərəbcə də deyil. Hələlik talibcədir!

Ayağı yer tutan ölkədən qaçır. Onların arasında Azərbaycan kökənli insanlar da var. Bəs bu insanlar Əfqanıstana necə gedib çıxıb? Tarixi faktlar təsdiqləyir ki, Nadir şah Qarabağdan Şahsevən, Ovşar, Cavanşir ailələrini alıb Əfqanıstana aparıbmış. Onlar 18-ci yüzildən orada yaşasalar da dillərini saxlayıblar və Taliblər Kabulu götürəndən sonra Azərbaycana qayıtmağı arzulayırlar. Professor Niyazi Mehdi təklif edir ki, "...Kəlbəcəri, Laçını, Zəngilanı məskunlaşdırmaq proqramında Əfqan azəri türkləri də olmalıdır. Ucqar dağ yerlərimizdə Ovşarlar, Cavanşirlər, Şahsevənlər adında kəndlər salıb onları ora köçürmək olar. Sözsüz, kəndlərdəki evlərin bütün infrastruktur rahatlığı olmalıdır, məktəbləri, məscidləri olmalıdır. Bizim əfqan soydaşlarımız dağlıq yerdən gəldiklərindən bizim dağlarda yaşamağa uyğunlaşmaqda çətinlik çəkməzlər. Görünür, onların gəncləri sırasından gələcəyin güclü hərbçiləri də çıxar".

Professor Solmaz Rüstəmova-Tohidi isə belə bir açıqlama ilə çıxış edib: "...Haqları var. Əsl-köklərini, dillərini ssxlamışlarsa niyə də yox, erməni Qarabağda yaşayırsa bu yerlərin əsl sakinləri niyə doğma torpaqlara qayıtmasın. Sayları bilinirmi? Geci-tezi Əfqanıstandan qaçqınların qəbul edilməsi məsələsi beynəlxalq təşkilatlar səviyyəsində müzakirə və həll olunacaq və ölkələrə təkliflər ediləcəkdir. Dövlətimiz bu məsələdə hazırlıqlı olub müəyyən limitlə məhz bu əhali qrupunu qəbul edə bilər. Ermənilərin də hay-küy etməyə əsası olmaz....".

Təqdim etdi: A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN