Xəbər verildiyi kimi, dünən-avqustun 19-u Aşura günü idi. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay isə Məhərrəm ayında toy keçirilməsi ilə bağlı qalmaqallı açıqlama vermişdi və sərt tənqidə məruz qalmışdı.

 Sitat: “Məhərrəm ayında toy etmək icazəli deyil. Bu, şəhidlərə qarşı hörmətsizlik, Peyğəmbərin ailəsinə qarşı bir təhqirdir. Bir xalqı xalq edən onun milli və mənəvi dəyərləridir. Məhərrəm ayı Azərbaycan xalqının əsrlər boyu ruhundan süzülüb gəlib. XIV əsrdən bəri Azərbaycanın qan yaddaşına yazılıb. İmam Hüseyn İslam aləmində insanlığın kamil nümunəsidir. Məhərrəmlikdə sevinmək nə qədər icazəli deyilsə, toy etmək də o qədər icazəli deyil: Biz övladlarımızı böyüdürük, gələcək nəsillərin inkişafı üçün onları evləndirib, xeyir-dua veririk. Toy vaxtını isə 3-4 ay öncədən təyin edirik ki, əlamətdar gün olmasın. Yəni şəhidlik, torpaqlarımız işğal altında olan zaman işğal günlərində toy keçirilmirdi. Bu, bizim inancımızdır, heç vaxt unutmamalıyıq. Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99% sual altındadır. Əgər ailə səadətindən, xoşbəxtlikdən danışa bilmiriksə, uşaqların sağlamlığı da sual altında olacaq. Bir din xadimi olaraq bu, mənim subyektiv fikrimdir. İslam fəlsəfəsində bir məsələ qeyd olunur. Dünyada tam xoşbəxt və tam bədbəxt insan yoxdur. İnsanlar həyatda elə iş qurmalıdırlar ki, gələcəkdə ailələrinin, balalarının xoşbəxtliyini sual altında qoymasınlar”.

 Sosial şəbəkələrdə sərt tənqid ifadə edənlərin fikirlərindən biri də budur ki, məsələn, Hacı Surxayın bu fikri heç bir elmi əsasa söykənmir... Bu gün isə Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb ki, Aşura günü, yəni, avqustun 19-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 7 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinqlər nəticəsində 10 nəfər "COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

İndi Hacı Surxayın həmin açıqlamasına rəğmən, izləmək lazımdır ki, 1-2, yaxud 3-5 ildən sonra bu 7 ailə quran gənclərin taleyi necə olacaq?! Və niyə də xoşbəxt olmasınlar???

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN