...Ailə münaqişəsi nəticəsində dəhşətli qətllərin baş verməsi nədənsə adi hala çevrilməkdədir. Ən pisi budur ki, bu hallar ən xırda məsələlərin üstündə baş verir, evin, yaxud nəslin, ətrafın ağsaqqal-ağbirçək sözü də keçərli olmur.

Budur, dünən Sabirabad rayonunda ailə faciəsi baş verib. Baş Prokurorluğun yaydığı məlumata görə, hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində qeydə alınıb. Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Nizami Qaraoğlan oğlu ov tüfəngi ilə həyat yoldaşı, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Ruhiyyə Əmirxan qızını və qayınatası, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1936-cı il təvəllüdlü Əflatunov Əmirxan Əlibala oğlunu qətlə yetirib və daha sonra özünü də öldürüb. Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin nədən baş verdiyi artıq təxmin ediləndir. Gənc ailə deyil ki, ənənəvi qısqanclıqdan törənsin. Deməli, münaqişə məişət xarakterli mübahisələrdən qaynaqlanıb, böyüyün sözü eşidilməyib, hadisəni törədəni isə sakitləşdirən olmayıb. Hər halda, prokuroluğun apardığı istintaq hər şeyə aydınlıq gətirəcək.

Ümumiyyətlə, kənd yerlərində hər bir kəs münaqişəli ailələri yaxşı tanıyır. Niyə onlarla profilaktik iş aparılmır, problemin kökü öyrənilmir??? Çoxsaylı QHT-lər var ki, guya ailə münaqişələrini öyrənir, layihələr həyata keçirirlər...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN