Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Prezidenti olduğu Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə bu gün 21 dekabr 2024-cü il tarixdə Bakıda “Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb...

Qeyd edim ki, Beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, respublikanın tanınmış hüquqşünasları, eləcə də Türkiyə, Rusiya, Çin, İtaliya, Qazaxıstan, Yunanıstan, Albaniya, Belarus, Serbiya və Bolqarıstandan nüfuzlu hüquqşünas alimlər iştirak edirlər.

img_5456

 Professor İlham Rəhimov iştirakçıları salamladıqdan sonra konfransın əsas mövzusu ətrafında məruzələr dinlənilməkdədir... Belə ki, Rusiyanın Saratov Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Problemlərinin  Araşdırılması Mərkəzinin direktoru, hüquq elmləri doktoru, professor Lopaşenko Natalya Aleksandrovnanın “Cinayət siyasəti: dərk  olunmamış və dərkolunmaz  hadisələr  haqqında düşüncələr” mövzusunda məruzəsindən sonra  hüquq elmləri doktoru, professor Xanlar Ələkbərovun “Müasir cinayət siyasətinin təşkilati-hüquqi və fəlsəfi problemləri” mövzusunda məruzələri dinlənilməkdədir.

Sonra məruzələr ətrafında müzakirələr aparılacaq.

Konfransın sonunda Qara Dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilati məsələləri ilə bağlı Zaxariya Zaxariyev məruzə ilə çıxış edəcək.

Artıq dünyanın bir çox ölkələrindən gəlmiş hüquqşünasların məruzələrinə və çıxışlarına hazırlıq gedir... 

Konfransdan xəbər verir: ASİF MƏRZİLİ

img_5460

i

img_5476

img_5466

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN