İsrail ordusu dünəndən Qəzzada quru əməliyyatlarına başlayıb...

Tezadlar.az CNN-Ə İSTİNADLA BİLDİRİR Kİ, hazırda əraziyə həm havadan, həm də qurudan zərbələr endirilir... "Times of İsrail" isə yazır ki, israilin Müdafiə Ordusunun sözçüsü kontr-admiral Daniel Həqari deyib ki, İsrail ordusu müharibənin növbəti mərhələsi üçün tam hazırdır: “Biz qüvvələr hazırlayırıq, planları nəzərdən keçiririk, bütün istiqamətlərdə tədbirlər görürük. Diqqətimizi Qəzzaya yönəltmişik. Buna baxmayaraq, bütün ölkəyə nəzarət edirik. Bu, bizə bütün istiqamətlərdə eyni vaxtda fəaliyyət göstərməyə imkan verir”.

D.Həqarinin sözlərinə görə, yüz minlərlə fələstinli mülki şəxs İsrail ordusunun xəbərdarlığına qulaq asaraq, artıq Qəzzanın şimalından cənuba təxliyə olunub: “Amma hələ də ərazidə xeyli mülki insan var. Təxliyə xəbərdarlığına əməl etməyənlər özlərini və ailələrini təhlükə altında qoyurlar. Biz boşaldılan ərazilərə böyük güclə hücuma keçəcəyik”.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

Tərəflər arasında sülh danışıqları isə hələki mümkünsüz görünür... Problemə ABŞ- ın qoşulması isə vəziyyəti İsrailin xeyrinə dəyişməkdədir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN