Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Azər Paşayevin  sədrliyi ilə keçirilən  prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hakim sabiq icra başçısına hüquqlarını izah edib. Daha sonra sabiq icra başçısının vəkili Elmar Kərimov mətbuat nümayəndələrinin məhkəmədə iştirakına etirazını bildirib və jurnalistlərin məhkəmə zalından çıxarılması ilə bağlı vəsatət verib: “Müvəkkilim mətbuat nümayəndələrinin prosesdə iştirak etmələrini istəmir”.  Hakim isə vəkilə açıq məhkəmə iclasının keçirildiyini bəyan edib. Keçmiş icra başçısının vəkillərinin növbəti vəsatəti V.Hacıyevin səhhətindəki problemləri nəzərə alaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə olub. “Müvəkkilim uzun müddət müxtəlif vəzifələrdə işləyib. Birinci Qarabağ müharibəsi veteranıdır. Səhhətində ciddi problemlər var. İstintaqdan yayınan şəxs deyil”- vəkil vəsatətində qeyd edib. Məhkəmə bu  vəsatəti də təmin etməyib.  Vəkillərin növbəti vəsatəti isə V.Hacıyevin saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Penitensiar Xidmətin 1 saylı təcridxanasına köçürülməsi ilə bağlı olub. Bu vəsatətə növbəti məhkəmə prosesində münasibət bildiriləcək.

***

Maraqlıdır, İmişlidə cibsoyan kimi ad qoymuş V.Hacıyev hələ bir üzünü məhkəmə zalında iştirak edən mətbuat nümayəndələrinə tutaraq deyib ki, “Naxçıvanın fəxri vətəndaşıyam, Prezidentdən xahiş edirəm, müalicəm üçün normal şərait yaradılsın”  və sair.

Deyirlər, utanmasan, oynamağa nə var ki! Məgər Naxçıvanın fəxri vətəndaşı olmaq xüsusi imtiyaz verir ki, gedib İmişlidə camaatın dərisini soy??? İkincisi, Naxçıvanın Fəxri vətəndaşısan, lap yaxşı, bu torpağın adına hörmət qoyub İmişlidə korrupsiya və rüşvətxorluğa yox deyəydin də! Deməmisən, niyə? Çünki pul hər şeydən şirindir. Amma bilməmisən ki, pul çox şeyi həll etsə də, hər şeyi həll etmək gücündə deyil!

***

 İstintaq orqanı tərəfindən V.Hacıyevə qarşı vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və rüşvət alma maddələri ilə ittiham irəli sürülüb. Səbail rayon Məhkəməsi tərəfindən barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. DTX tərəfindən həbs olunan V.Hacıyevin evindən milyonlarla dollar və avro nəğd pul (qablaşdırılmış şəkildə) aşkarlanıb, habelə onun kabinetində yerləşdirilmiş gizli kamera icra başçısının rüşvəti necə topladığını qeydə alıb.

İndi isə özü kameradan çıxmaq üçün gizli yollar axtarır. Amma çətin! O milyonlarla rüşvəti sadə camaatın boğazından kəsib toplayanda bunu düşünmək lazım idi...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN