ABŞ-ın 47-ci prezidenti Co Bayden Əfqanıstanda "Taliban"ın hakimiyyəti ələ keçirməsi ilə bağlı brifinq zamanı yenə də çaşıb. O, jurnalistin zaldan verdiyi sualı unutmuş, Qətərin paytaxtının adını səhv salmış, "Əl-Qaidə" nin İslam Respublikasını tərk etdiyini bildirmişdir. Bu barədə  gazeta.ru Daily Mail-ə istinadən xəbər verib.

Qəzetin yazdığına görə, brifinq zamanı reportyorlardan biri Ağ Evin rəhbərindən Kabil aeroportuna gələn insanların təhlükəsizliyi üçün hansı zəmanətlərin olduğunu soruşub. Bayden cavab verib ki, Birləşmiş Ştatlar hökuməti Kabildə və Qətərin paytaxtı Dahoda taliblərin nümayəndələri ilə daim təmasda olur.

Bayden həmçinin bildirib ki," Əl-Qaidə " Əfqanıstandan tamamilə çıxıb, amma onun bu xəbəri Pentaqonun məlumatları ilə düz gəlmir.

“Əgər “Əl-Qaidə " Əfqanıstanda daha yoxdursa, Əfqanıstanda bizim hansı  marağımız var?"- deyə journalist sual verib.

Bundan başqa, başqa bir jurnalist, NBC-nin müxbiri Riçard Engel siyasətçidən niyə "Talibana"etibar etdiyini soruşub.  Prezident artıq getməyə hazırlaşarkən Engelə bildirib ki, onun sualınının birinci hissəsini unudub.

 Xatırladaq ki, ABŞ-ın 79 yaşlı  prezidenti seçildyi gündən bu yana rəsmi və ya qeyri-rəsmi tədbirlərdə adekvat olmayan hərəkətləri və ifadələri ilə yadda qalıb. Mütəxəssislər Baydenin qeyri adekvat hərəkətlərini, səhv ifadələr işlətməsini qocalıqla əlaqədar olduğunu deyirlər.

 Amma, Co heç də özünü qoca saymır, özünü gümrah hiss edir və 2024-cü ildə ABŞ Prezidentliyinə seçkilərdə ikinci dəfə namizədliyini irəli sürmək fikrindədir.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN