...İkinci Qarabağ savaşında Azərbaycan xalqının şərəfli qələbəsi Böyük Azərbaycanın son 2000 illik tarixinin ən möhtəşəm tək hadisədir. Azərbaycan bayrağının Xankəndində asılması və Azərbaycan Respublikası torpaqlar üzərində suverenliyini təmin edən bu böyük qələbənin son mərhələsidir. Bu qələbə yalnız cırtdan Ermənistan üzərində deyil, bu ölkəni hər tərəfdən var gücü ilə sıxan bir neçə qanlı imperiyanın üzərində qazanılan böyük qələbədir.
Bu qələbə daimi parça parça hissəciklərə parçalanmağa meylli olan bütün qüvvələrin, böyük Türk xalqlarının bir güc ətrafında birləşməsi, bütün millətin və xalqların bir lider ətrafında konsolidasiyası və birgə mübarizəsi ilə qazanılan qələbədir.
Bu qələbə ən son elmi texnoloji nailiyyətlərin tətbiqi, ağılla gücün bərabər istifadəsi ilə aparılan 21-ci əsrin ilk rəqəmsal savaşın nəticəsində əldə olunan qələbədir.
Bu qələbə bütün elmi, dini, sosioloji proqnozları inkar edən, möcüzə kimi görünən, qulağını və ya başını kəsməyi, başını itirməyə, intihar etməyə söz verənləri peşman edən qələbə idi.
Bu qələbə ali baş komandanın İlham Əliyev cənablarının və onun yaratdığı ilk elmi-texniki və rəqəmsal ordunun xidmətidir. Ali baş komandanı, ordumuzu və bütün xalqımızı təbrik edirəm.
Bu gün yaşayan nəsil Azərbaycan tarixində ən möhtəşəm hadisələri, ən qürurlu dəyişiklikləri yaşayan nəsildir. Tarixin heç bir mərhələsində heç bir nəsil qısa zaman ərzində bu qədər möhtəşəm dəyişikliklərlə rastlaşmamışdır.
Amma hər birimiz bu geniş miqyaslı qələbənin məsuliyyətini dərk etməli və yeni problemlər üzərində düşünməliyik. Yaxın gələcəkdə həlli vacib olan problemlər həll etdiyimiz problemlərdən qat-qat çoxdur. Azərbaycan xalqının əhali olaraq cəmi 20%-ni hələ əsarətdən xilas edə bilmişik, Azərbaycan xalqının öz torpaqları üzərində sərbəst yaşamaq, öz dilində danışmaq, yaratmaq haqqının isə ərazi olaraq cəmi 5%-ində təmin edə bilmişik, orta dünya səviyyəsində iqtisadi yaşam tərzinə çatmaq, inkişaf etmiş ölkələr səviyyəsinə qalxmaq üçün çox böyük işlər görməliyik, dayanıqlı inkişaf sistemi qurmalıyıq . Bunları təmin etməsək bu qələbələrin nəticəsi də keçmiş inkişaf mərhələlərində olduğu kimi tarixə çevrilə bilər.
Saleh Məmmədov,
professor
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN