Qarabağ erməni terrorçularından təmizləndikcə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi də Qarabağda ermənilərin dağıdıb viran qoyduğu yolları bərpa edir, yeni yollar çəkir...

Bu yollar Qarabağın işğaldan azad olunmuş ərazilərinə uzandıqca həmin yerlərdə 30 illik həsrətdən bezmiş həyat da qaynayır... Elə dünən Prezident İlham Əliyev Xankəndidə bayrağımızı dalğalandırandan sonra Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub. Tezadlar.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin saytına istinadla bildirir ki, Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə ətraflı məlumat verib. S.Məmmədov bildirib ki, 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Sitat: "...Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu yol Ağdam, Ağcabədi, Füzuli rayonlarının ərazisindən keçir. Uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla, birinci texniki dərəcəyə uyğun inşa edilir. Torpaq işlərinin icrası çərçivəsində yararsız süxurun çıxarılması, qazma, yatağın genişləndirilməsi işləri davam etdirilir. Həmçinin yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin tikintisi aparılır. Yol üzərində layihələndirilən körpülərin tikintisi davam etdirilir və yol əsasının inşası bitən hissələrdə asfalt-beton örtüyün döşənməsi işləri görülür...".

Sonra yolun tikintisi ilə bağlı görülən işləri əks etdirən videoçarx nümayiş olundu. Hansı ki, bu yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yolboyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.

XXX 

Yolumuz, Qarabağa qayıdışımıx mübarək!

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN