“Çox güman ki, heç nə, Tehran blefləyir...”

 ...İran hakimiyyəti, şübhəsiz ki, bu vəziyyətdən yaxşı xəbərdardır və buna baxmayaraq, İsrailin ünvanına iki dəfə xəbərdarlıq ediblər: birinci dəfə BMT vasitəsilə diplomatik kanallarla, ikinci dəfə isə Qətər əmiri vasitəsilə dilə gətiriblər. Qətər əmirinin bununla nə əlaqəsi var? - soruşsanız, haqlı olacaqsız.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə  rusiyalı tarixçi, tanınmış qafqazşünas alim, politoloq Oleq Kuznetsov “İran İsrailə qarşı müharibəyə başlayacaqmı və bu, Cənubi Qafqaz regionu üçün nə deməkdir?” məqaləsində qeyd edib.

Politoloq məqaləsində İsraildə və Qəzza zolağında yaşayanların milli mənsubiyyətlərindən, İranın ultimatumunun arxasında yatan səbəblərdən, müharibənin hər zaman İsrail üçün qələbə ilə sonuclanmasından və bir çox məsələlərdən bəhs edib, həmçinin İranın İsrailə hücum edəcəyi təqdirdə bunun Azərbaycan üçün nə ilə nəticələnə biləcəyi barədə proqnoz da verib.

 “İntriqa ondan ibarətdir ki, İranla son danışıqlarda ABŞ rəsmiləri xoşməramlı jest olaraq, Qətər bankları vasitəsilə ölkəyə daxil olmalı olan Cənubi Koreya banklarında sanksiyalar nəticəsində dondurulmuş 6 milyard İran dollarını rəsmi Tehranın ərzaq və dərman alması üçün sərbəst buraxmağa razılaşıblar”, - Kuznetsov xatırladır.

Onun iddiasına görə, Tehran nümayəndələrinin niyyəti Qətər əmirini qorxutmaq olub.

“Lakin HƏMAS-ın Cənubi Livana hücumu səbəbindən yenidən dondurulduğu üçün bunu etmədilər. Tehranın nümayəndələri Qətər əmirini İranın İsrailə qarşı müharibə təhlükəsi ilə qorxutmağa gəlmişdilər, lakin bu, İsrail rəhbərliyinin və SAHAL komandanlığının HƏMAS-ı mərkəzləşdirilmiş hərbi-siyasi struktur kimi məhv etmək istəyinə mane olmadı.

Bəs, İran anti-İsrail hücumları həyata keçirməyə təhrik etdiyi HƏMAS hərəkatının döyüş meydanında tamamilə məğlub olduğu hazırkı vəziyyətdə nə edə bilər?

Çox güman ki, heç nə, Tehran blefləyir.

 Amma dövlətin xarici siyasətini necə təşkil etməsi ilə bağlı bir aksioma var ki, diplomatlar ölkənin siyasi rəhbərliyinə beynəlxalq münasibətlərin inkişafı üçün əlverişli, kəşfiyyatçılar isə əlverişsiz ssenari təklif edirlər.

Odur ki, Tehran qəfildən Yerusəlimə (Qüdsə) müharibə elan edib ona daxil olarsa, onda mən vəziyyətin ən pisini gözləməyə davam edəcəm”, - o, vurğulayıb.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN