...Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin baş inspektoru qadını təqib etmə faktı ilə ifşa edilib.

Tezadlar.az Gürcüstan DİN-nin saytına istinadla bildirir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb. Qurumun məlumatına görə, 2022-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayına qədər olan müddətdə hüquq-mühafizə orqanının əməkdaşı Rustavidə tanıdığı qadınla onu təhdid edərək görüşüb.

 Məlum olub ki, ifşa edilən polis əməkdaşı zərərçəkmiş qadınla telefon və sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıb və onunla görüş tələb edib. Əks halda zərərçəkmişi aralarındakı yazışmaları yaymaqla təhdid edib. Prokurorluq Daxili İşlər Nazirliyinin müfəttişinə Cinayət Məcəlləsinin 151-ci maddəsinin birinci hissəsi ilə ittiham irəli sürüb. Faktla bağlı araşdırma davam etdirilir, təqsirləndirilən şəxsi 2 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Təəssüflər olsun, bəziləri qanunvericiliyin tələblərini bilmədiyindən belə addımlara gedirlər. Məsələn, Azərbaycanda da bəzi sosial şəbəkə istifadəçiləri xanımlarla bu istiqamətdə yazışır, sonradan həmin yazışma və ya videogörüntülərdən şantaj məqsədilə istifadə edirlər. Lakin polis orqanları belələrinə qanunun tələblərini başa salanda isə artıq gec olur... Bəzən də şantaj edənlər qadınlar olur...

XƏYYAM

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN