Berbok: Fələstin-İsrail nizamlanması iki dövlətin yaradılması ilə mümkündür.

*** 

Almaniyanın xarici işlər naziri Annalena Bärbok bildirib ki, Fələstin-İsrail nizamlanması terrorizm üzərində qələbə və iki dövlətin yaradılması əsasında mümkündür.

 O, bu fikrini Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündə səsləndirib. "Yaxın Şərqdə sülh və təhlükəsizlik terrorizm məğlub olanda gələcək", - nazir deyib.

 Nazir, həmçinin "İsraillilər və fələstinlilər uzunmüddətli perspektivdə yalnız iki dövlətin yaradılması qərarı əsasında sülh və təhlükəsizlik şəraitində yaşaya bilərlər", - o əlavə edib.

Xatırladaq ki, İsrail Müdafiə Qüvvələrinin (SAHAL) ehtiyatda olan sözçüsü Conatan Konrikus da açıqlamasında bildirib ki, “Əgər HƏMAS yaraqlıları gizləndikləri yerlərdən çıxsalar, girovlarımızı - 212 nəfərin hamısını geri qaytarsalar və qeyd-şərtsiz təslim olsalar, müharibə bitəcək".

Daha əvvəl isə İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant bəyan etmişdi ki, İsrailin terrorçulara qarşı müharibəni qələbə ilə bitirməsi üçün cəmi 3 ay vaxt lazımdır.

 

JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN