...Dünya dəyişsə də, nə İranın prezidenti, nə də hərbi komandanlığının xasiyyəti dəyişmir ki dəyişmir...

Dünən isə İran Prezidentinin yersiz davranışı heç bir ölçüyə sığan deyildi... İranın indiki rəhbəri Rəisi diplomatik etikadan ən uzaq adamlardan biri olduğunu bir daha təsdiqləyib. Ötən gün Azərbaycanın Xarici İşlər Nazirliyinin rəhbərini qəbul edərkən bir daha rəsmi Bakıya tamamilə yolverilməz formada nəsihət verməyə başlayıb. "Daha öncə mən İlham Əliyevə demişdim ki, sionist rejim sizin və ya hər hansı müsəlman ölkəsinin dostu  olmayacaq. Qəzza zolağındakı vəziyyət regionun bütün ölkələri üçün bir işarədir ki, onlar görsünlər ki, Amerika və Qərb region ölkələrinə rəğbət bəsləmir, sadəcə, regionda öz irqçi maraqlarını güdürlər ", - Rəisi deyib.

"Bu, ilk dəfə deyil ki antixalq Tehran rejiminə etiraz edən minlərlə iranlının qanına əli batmış keçmiş prokuror Azərbaycana ağıl öyrətməkdə özünü haqlı sayır.  Rəisi bilməlidir ki, Azərbaycan öz dostunun da, düşməninin də kim olduğunu yaxşı bilir. İranın onun dostları və xeyirxahlar sırasında olmadığı isə dəqiqdir...", -deyə Turan Agentliyi yazır. Amma dünya da bilir ki, dini nihilizmin ağuşunda xoşhallanan İran liderləri bir gün qonşuları İrakın gününə düşəcək. Niyə? Çünki bu ölkə rəhbərləri hamıya yuxarıdan aşağı, özü də molla minbərindən baxır...

Rauf

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN