Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyə Respublikasında

meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması haqqında  Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki,  Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşların mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 1,0 (bir) milyon manat vəsait ayrılsın.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasında baş vermiş meşə yanğınlarının söndürülməsi üçün  göndərilmiş Azərbaycan FHN-nin yanğın-xilasetmə qüvvələri, meşə yanğınları ilə mübarizə istiqamətində keçirilən əməliyyatlarda uğurla  fəaliyyət göstəriblər. Onlar qarşıya qoyulan vəzifənin layiqincə öhdəsindən gələrək, sonuncu meşə yanğını söndürülənədək qardaş ölkədə şərəflə xidmət ediblər . Yanğınla mübarizə aparan FHN əməkdaşlarının fədakarcasına yanğın bölgələrində xidmət göstərmələri - neçə-neçə insan həyatı qurtarmaları , yaşayış evi, meşə heyvanlarını yanğından qorumaları, həmçinin Türkiyənin bayrağını belə yanğından hifz etmələri qardaş ölkə KİV-də də yetərincə təqdir edilərək işıqlandırılıb. 

Qeyd edək ki, yanğın bölgəsinə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 743 şəxsi heyəti, 97 texnikası, 1 helikopteri və 1 ədəd amfibiya təyyarəsi göndərilib.

Türkiyədəki meşə yanğınları ilə mübarizəyə başlayan gündən, Azərbaycan FHN-ə məxsus amfibiya təyyarəsi 98, helikopter isə 204 dəfə havaya qalxaraq yanğın ocaqlarına ümumilikdə 1404 ton su boşaldıb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN