Polşa miqrant axınının qarşısını almaq, yaxud miqrant axınını məhdudlaşdırmaq üçün Belarusiya ilə sərhəddə 2,5 m hündürlüyündə hasar çəkməyə qərar verib.

Bu barədə Polşanın müdafiə naziri Mariuş Blasçak twitter -də yazıb. Nazir canlı efirdə isə "Belarusiya ilə sərhəddə hündürlüyü 2,5 m olan yeni möhkəm hasar tikiləcək", -deyə bildirib.
Məsələ ondadır ki, Polşa ilə Belorusiya arasında olan sərhəddə bir müddətdir gərginlik yaşanır. Nazir sərhədçilərə kömək etmək üçün bu bölgəyə daha da çox sayda hərbçinin cəlb olunacağını qeyd edib. Daha əvvəl Blasçak ordunun köməyi ilə sərhəd keşikçilərinin gücləndiyini elan etmişdi. Onun sözlərinə görə, 900 -dən çox hərbçi tezliklə Belarus sərhədinə göndəriləcək.
Bəs görəsən, bu hasarçəkmə mövcud problemin həllinə nə dərəcədə kömək edəcək?
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN