"Fəaliyyət göstərdiyi ötən 25 il ərzində Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu ümumilikdə 559 qərar və 164 qərardad qəbul edib".

Tezadlar.az bildirir ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bu barədə mediaya açıqlamasında deyib. Sədr xatırladıb ki,  ökə Konstitusiyası qəbul edildikdən sonra - 1998-ci ildə ilk dəfə olaraq ali konstitusiya ədalət mühakiməsi orqanı - Azərbaycan Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb: "Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə yaradılmış və bu il fəaliyyətə başlamasının 25 illik yubileyini qeyd edən Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Konstitusiyasının aliliyini təmin etməkdən, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdən ibarətdir".

F.Abdullayev bildirib ki, fəaliyyət göstərdiyi ötən 25 il ərzində Konstitusiya Məhkəməsinin Plenumunun qəbul etdiyi qərar və qərardadlar, onlarda formalaşdırılmış hüquqi mövqelər Konstitusiyanın aliliyinin təmin olunmasına, Əsas Qanunda təsbit edilmiş insan hüquq və azadlıqlarının müdafiə edilməsinə xidmət edir:

"Cari il ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən daxil olmuş sorğu, müraciət və şikayətlərə dair ölkə Konstitusiyasında təsbit edilmiş normaları rəhbər tutaraq bir sıra mühüm qərar və qərardadlar qəbul edilib".

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN