Bu gün Türkiyənin Gəncədəki Baş Konsulluğunda da Mustafa Kamal Atatürkün anım mərasimi keçirilib.

Tezadlar.az bildirir ki, konsulluğun "Nuri Paşa" zalında baş tutan tədbirdə diplomatik nümayəndəliyin əməkdaşları ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, rəsmilər, ziyalılar, türkiyəli tələbələr iştirak ediblər. Tədbirdə əvvəlcə Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop çıxışında Mustafa Kamal Atatürkün Türk xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edib.Mustafa Kamal Atatürklə bağlı videoçarx nümayiş olunub.

 Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfatından 85 il ötür. 57 illik həyatında millətinin və vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıran Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb.

Azərbaycanın bütün bölgələrində də Atatürkün adı həmişə hörmət və ehtiramla çəkilir, xatirəsi ehtiramla yad olujur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN