Dünən verilən xəbərdə “Zoobulvar” parkında saxlanılan qeyri-adi bir heyvanın- alpakanın rəsmisi yerləşdirilmiş və heyvanın pis gündə olması barədə sosial şəbəkələrdə yayılan söz-söhbətə aydınlıq gətirilmişdi. Belə ki, sosial şəbəkələrdə heyvanın ac saxlanılması,düzgün qulluq edilməməsi barədə məlumatlar getmiş və parkın əməkdaşları da bu şayiələri təkzib etmişlər:

“Bizdə heç bir qanunsuz iş yoxdur. Buradakı bütün heyvanlarımıza normal qulluq edilir. Fotosu yayılan alpaqanı bir ay əvvəl başqa bir mərkəzdən almışıq. Hazırda o, reabilitasiya dövründədir. Biz bu heyvanın tüklərini qırxmışıq, amma onun qidalanmasında heç bir problem yoxdur. Yazırlar ki, heyvan acından ölür, xəstədir.

Bunlar düzgün deyil. Maddi cəhətdən də bizə sərf etməz ki, 40-50 minlik heyvanı alaq bura yığaq və acından öldürək. Biz bunu niyə edək? Heyvan düşməniyik? Biz ona hazırda qulluq edirik. Bizə irad bildirirlər ki, heyvan niyə arıqdır. Onu dərmanlarla şişirdə bilmərik”.

Mərkəzdən qeyd edilib ki, mərkəz karantin dövründə çalışmadığı üçün heyvanlar bağda saxlanılıb:

“Həmin vaxt bir nəfər heyvansevər bizim qapımızı döyüb demədi ki, siz onun yeməklərini necə çatdırırsız. Heyvan qırxılandan sonra şəkillə ajiotaj yaradırlar. Əgər heyvanda xəstəlik, problem olsaydı, biz onu ortaya çıxarmazdıq”.

Düzü, bu təsəlliverici sözlərdən sonra o alpakaya demək istəyirsən ki, panikaya əsas yox, reabilitasiya dövründəsən, jmığını, kişimişini ye, şıllaq at. Sevin ki, səni hələ kəsib qutab bişirməyiblər, sənə qulluq eləyən əmi deyir ki, tükünü qırxıblar, yununa ki, dəyməyiblər.

Qısa arayış: alpaka və lama dəvə cinsindəndir.Qiymətli yunu olur. Alpakanın qulaqları qısa, lamanın qulaqları isə banan uzunluğunda olur. Lama qapalı yerdə özünü yaxşı hiss edir, alpaka isə yox,təbiətin xiffətini eləyir. Şamaxıda alpakanın ferması da var.

Bir də ki, səlahiyətli əmilər,dayılar  sənin kökəlmən üçün göstəriş veriblər və sənin gündəlik çəkin barədə bu əmilərə xəbər veriləcək. Baytar əmi gəldi sənin saxlandığın şəraitlə tanış oldu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verdi. Nazir müavini də əyləncə mərkəzinin sahibinə xəbərdarlıq etdi.  Ona görə, qabağına nə atırlar, ye, kökəl və ayrı heç nə fikirləşmə və təbiətin qoynunda kef elədiyini də unut.Yeni şəraitə alış. Dünya beş günlükdür. Hər şeyi ürəyinə salma. Allah eləməmiş, infarkt-zad keçirib eləyərsən. Bir də sənin şəklini çəkənlərə dişlərini ağartma. Çünki, belə pozada alpakaya yox, giyen itlərinə oxşayırsan.

Sonda: əmilər,dayılar, bu yazıq heyvanı verin o Şamaxıdakı alpaka fermasına. Onun yeri zoopark deyil. Bizim uşaqlar alpakaya baxmasalar da olar.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN