Bu gün 28 Gürcüstan vətəndaşını seldən xilas edib qəhrəmanlıqla həlak olan Rahib Məmmədovun doğum günüdür

1987-ci il fevralın 1-dən 2-nə keçən gecə 20 yaşlı azərbaycanlı əsgər - 1976-cı ildə Azərbaycanın Ağdam rayonundakı Mahrızlı kəndində anadan olmuş Rahib Gülmalı oğlu Məmmədov hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonundakı Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq göstərərək təbii fəlakət zamanı 28 nəfər sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub.

 1967-ci il 25 avqustda Azərbaycanlı əsgər, "Qırmızı Ulduz" ordeni laureatı Rahib Gülmalı oğlu Məmmədov Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. O 1984-cu ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra, Ağdam şəhərində yerləşən Kənd Təsəruffatının Elektrikləşdirilməsi və Mexanikləşdirilməsi Texnikumuna daxil olur. Texnikumda bir illik təhsildən sonra, 1985-ci ilin noyabr ayında hərbi xidmətə çağrılır. Hərbi xidmətini Gürcustan SSR-də, Batumi şəhəri yaxınlığındakı Xeliçavuri qəsəbəsində yerləşən Hərbi hissədə keçir.

Rahib Məmmədov 20 yaşında ikən 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olmuşdur.

 Ölümündən sonra o, SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 iyul 1987-ci il tarixli Fərmanı ilə "Qırmızı Ulduz" ordeni ilə təltif edilmişdir.

R.Məmmədovun bu şücaəti Azərbaycan və Gürcüstan xalqları arasında dostluq münasibətlərinin timsalına çevrilib. Yerli sakinlər hələ də baş verən fəlakət zamanı azərbaycanlı əsgərin qəhrəmanlığından danışır, onun xatirəsini həmişə əziz tuturlar. R.Məmmədov həlak olan gün kənddə doğulmuş oğlan uşağını qəhrəmanın şərəfinə Rahib (Rahib Çanturiya) adlandırıblar.


Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində və Marneuli rayonun Candar kəndində Rahib Məmmədov adına küçələr var.

 Gürcüstanda baş verən təbii fəlakət zamanı insanları xilas edərkən qəhrəmanlıqla həlak olan Rahib Məmmədovun xatirəsi Azərbaycan və gürcü xalqları tərəfindən daim ehtiramla anılır və yad edilir.

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN