Bakıda inşaat materialları bazarında yanğın çətinliklə də olsa nəzarət altına alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamada bildirilir.  FHN əməkdaşları tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınmaqdadır. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Tezadlar.az xatırladır ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olması barədə ilkin məlumat daxil olub. Bundan sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğınən nədən baş verdiyi araşdırılır və sahibkarlara dəymiş ziyan dəqiqləşdirilir.

XƏYYAM

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN