Müstəntiqin qanunsuz əməllərindən bezən vətəndaş Hüseynova Abuzər Gəncalı qızı Baş Prokuror Kamran Əliyevdən kömək istəyir...

(Əvvəli ötən saylarda)

Vətəndaş Hüseynova Abuzər Gəncalı qızını  yenidən Baş Prokuror Kamran Əliyevə şikayət etməyə məcbur edən səbəblər barədə ötən yazılarda ətraflı bəhs etmişdik. Təkrar yada salırıq ki, Sabunçu rayon Polis İdarəsinin müstəntiqləri Azərbaycan CPM-nin tələblərini futbol topu kimi bu meşin qapıdan o birisinə vururlar. Daha doğrusu, Sabunçu rayon Prokurorluğunun qapısına. Hələ ki “oyun” 4:0 müstəntiqlərin xeyrinədir. Niyə? “Niyə”sini aşağıda qısa da olsa anlatmağa çalışacağıq. Diqqət edin: Sabunçu rayon Polis İdarəsinin müstəntiqləri döyülmə və bədən xəsarəti alma ilə nəticələnmiş hadisənin “baş qəhrəmanı”n olan keçmiş ər ilə telefonda danışır, bunu qərarında yazır, və sonra həmin cinayət işinin başlanmasının rədd edilməsi qərarında qeyd edir ki, döyəni “dindirmək mümkün olmamışdır!”.

Sabunçu rayon prokuroru qanunları top kimi oynadan müstəntiqləri niyə cəzalandıra bilmir???

 ...Gülməli yox, ağlamalıdır. Və həmin müstəntiqlərin bu saxta qərarları Sabunçu rayon prokuroru tərəfindən neçə dəfə təkrarən ləğv edilib geri qaytarılma da, nədənsə prokuror həmin müstəntiqləri cəzalandırmır. Niyə? Bax sual da budur. Elə şikayətçi də bu suala cavab tapmaq üçün ölkənin Baş prokuroru cənab Kamran Əliyevdən kömək və həm də həmin o məchul olmayan sadə suala cavab almaq istəyir.

***

Şikayətçi -zərərçəkmiş Hüseynova Abuzər Gəncalı qızı müstəntiqlərin bu cür ləğvetmə yarışından cana doyaraq Baş Prokuror Kamran Əliyevə şikayət etməli olub. Şikayətçinin surəti “Təzadlar” qəzetinə yazılmış məktub-müraciətində yazır:

-Hörmətli Kamran müəllim!

Hazırda istintaqa nəzarət edən Sabunçu rayon Prokurorluğuna şikayət olunan /və Azərbaycan Respublikası CPM-nin 212-ci maddəsinə əsasən, /Sabunçu RPİ-nin 735/17 saylı rədd materialı üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 2-ci dəfə Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı cənab Nağıyev Canpolad Xannazim oğlunun qəbul etdiyi 04 noyabr 2019-cu il tarixli Qərarı bu iş üzrə bundan əvvəlki müstəntiqin eyni məzmunlu qərarının eynisidir. O, əvvəlki qərarların başlığını və axırındakı imzasını dəyişərək, yenidən prokuroru aldatmışdır. Prokuror isə susur. Niyə? Niyə həmin müstəntiqlər cəzalandırılmır??? Bu saxta qərarlar qəbul edən müstəntiqlər hər dəfə qərarlarında ona istinad edirlər ki, “...məhkəmə tibbi ekspertizasının 514 saylı rəyindən görünür ki, Hüseynova Abuzər Gəncalı qızının bədən səhəttində xəsarət aşkar edilməmişdir”. Halbuki müstəntiq Əhmədov Əli Müslət oğlu bu hissədə də kobud qanun pozuntularına və prokuroru aldatma hərəkətinə yol vermişdir. Əslində isə, o, məhkəmə tibbi ekspertizası təyin edilməsi haqqında 22.04.2017-ci il tarixli qərarından və rəy verməyə görə Azərbaycan Respublikası CM -nin və CPM-nin tələb və göstəricilərindən məhz qulluq mövqeyindən sui- istifadə yolu ilə işi icra edən həkim ekspertlə və digər şəxslərlə əlaqə quraraq sənədləri və onun nəticələrini saxtalaşdırmışdır. Müstəntiq bu hərəkətlərini törətməklə baş vermiş cinayət əməlini gizlədilərək sübut olunması imkanlarını təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək, məsuliyyətə cəlb edilməli şəxsləri məqsədli şəkildə cinayət təqibindən kənarda saxlamışdır. Bu zaman cinayət təqibinin icrasını həyata keçirən cənab müstəntiq Əhmədov Əli Müslət oğlu Cinayət işinin başlanmasının rədd edilməsi barədə sonuncu dəfə (artıq beşinci dəfə) 27.07.2020-ci il tarixli qərarında (material: HK-1/658 saylı) göstərir ki, Hüseynova Abuzər Gəncalı qızı xəstəxanaya daxil olarkən ona qarışıq davamlı əlamətləri soltərəfli hemiparez, hiportoriy xəstəliyi III mərhələli diaqnozu qoyulmuşdur. Doğrudanmı müstəntiq olan kəs bilmir ki, bu xəstəlikdir, travma ilə heç əlaqəsi yoxdur.

Hörmətli Kamran müəllim! Təkrarən diqqətinizə çatdırım ki, mən- Hüseynova Abuzər Cəncalı qızı,  bir qrup şəxs tərəfindən zora məruz qalmışam.   Məhkəmə-tibb ekspertizasının təyin edilməsi haqqında Qərarda isə (05.12.2016-cı il tarixdə) mənim yaşadığım evdə “...həyat yoldaşı Nüsrəddin tərəfindən baş nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurularaq ona xəsarət yetirmişdir” kimi qeyd olunmuşdur. Sonra məni xəstəxanaya aparmışlar və qəbul olunduqda oradaki tibbi uçot sənədlərində isə saxtakarlıq edərək başımın boruya dəydiyi qeydiyyatı aparılmışdır. Halbuki müstəntiqdə mənim zora məruz qalmağım, işgəncə və əzab verilərək öldürülməyimi qarşılarına məqsəd qoyan şəxslərin- iştirakçıların hərəkətləri barədə səs yazısı da mövcuddur. İstintaq bu səs yazısından bilə-bilə sübut kimi istifadədən yayınmışdır, işə daxil etməmişdir. Ərimin qardaşı Hüseynov Fikrət Səməndər oğlunun rəhbərliyi və təşkilatçılığı ilə vəhşicəsinə döyülərkən başıma vurulan güclü zərbə nəticəsində ağır “beyin zədəsi” alsam da, onun nəticələri Sabunçu RPİ-nin İstintaq Şöbəsində  müstəntiqlər tərəfindən 6-cü dəfədir ki, bilə-bilə gizlədilərək saxtalaşdırılmış, ümumi xəstəlik diaqnozu qoyulmaqla, cinayət tərkibi yaranması işini icra etməməklə cinayət qanunvericiliyinin tələb və göstərişlərinə zidd olan kobud qanun pozuntusuna yol vermişlər.      

Bunları nəzərə alaraq Sizdən xahiş edirəm, qeyd olunan cinayət işinin Sabunçu RPİ-dən alınaraq Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinə verilməsi barədə qərar qəbul edəsiniz.

Redaksiyadan: inanırıq ki, nəhayət, müstəntiqlərin ötür-ötür oyununa son qoyulacaq, onların barəsində lazımi ölçü götürüləcək...

Təqdim etdi: A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN