…Qarabağ cəbhəsində nə baş verir, artıq hamı açıq-aydın başa düşür. Neçənci dəfədir ki, ermənilər özündə cəsarət tapıb mövqelərimizə hücum edirlər. Bəs Rusiyalı sülhməramlılar niyə özünü ATƏT-in Minsk Qrupunun əmisi oğlu kimi aparır?

Onlar bölgəyə sülh yaratmağa gəliblərsə, niyə bu sülhü yaratmırlar? Bəlkə bu da bir siyasətdir ki, bölgəyə Türkiyəli sülhməramlıların yerləşdirilməsi qaçılmaz olsun?! Rusiya bunu istəyərmi??? Ötən gün Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında Ermənistan hərbçiləri Azərbaycan sərhədçisinə hücum etdi. Azərbaycanın Dövlət Sərhəd Xidməti məlumat yaydı ki, Dövlət Sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb… «Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür və bu təxribata adekvat cavab veriləcək".

Əslində isə, məsuliyyət Rusiya sülhməramlıların üzərinə düşür. Erməni düşməndir və özü də tarixi düşmən. Təkrarən tələb etməliyik ki, Rusiya sülhməramlıları, ya sülh yaradın, ya da çıxın gedin, başımıza özümüz çarə qılaq, erməniyə bir daha kimliyini anladaq...

 Bəs bölgədə nə baş verir? 44 günlük müharibədə daim cəbhə bölgəsində olan, vətənpərvər çıxışları ilə əsgərlərimizi döyüşə ruhlandıran Azərbaycanın Əməkdar artistİ, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Ağalar Bayramovun mövqeyi başa düşüləndir:

- Ermənistanın Baş naziri Paşinyan bir gün öncə azacıq da olsa konctruktiv mövqe sərgiləyən günün səhərisi parlamentdə dava başladı... Davanın düyməsi Kremldən basıldı... "Havadar"ı qoymaz axı, ona gərginlik lazımdır, ona bu iki xalqın sülh şəraitində yaşaması lazım deyi. Ona 1-ci Pyotr belə vəsiyyət edib: "Parçala, hökm elə! " Bu onun xislətidir- imperialist xisləti... Fikirləşirəm, belə getsə (belə getməsin), Allah eləməsin, gör hələ neçə- neçə ana, bacılarımız gözü yaşlı qalacaq... Moskva isə bilirsiz də, göz yaşlarına inanmır... İnansaydı, Çeçenistana hücum etmək üçün əldə bəhanə olsun deyə Moskvada yaşayış binasını partladıb 132 nəfər öz vətəndaşlarının qanına bais olmazdı... (hələ 1941 - ci ildə, xalqa alman "qəddarlığını" nümayiş etdirmək naminə əsgərlərinə alman paltarı geyindirib, Belarusiyanın Xatun kəndinin külünü göyə sovurmasını demirəm...). 200 ildir Cənubi Qafqazı qan çanağına döndərən Rusiya, nə qədər sözünün üstündə durmayan, imzasına hörmət qoymayan, etibarsız, insafsız…imiş! Belə də sülhməramlılıq olar??? Sizə qibtə edirəm, Latviya, Litva, Estoniya, xoşbəxtsiniz...

Təqdim etdi: A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN