Artıq həm Rusiyada, həm də Ukraynada müharibəyə son qoymağın yolları axtarılır...

Rusiya qalib gələ, Ukrayna isə işğala son qoya bilmir... Dirəniş hər iki tərəfdədir. Müharibə isə uzandıqca- uzanır və itkiləri ilə yadda qalır... Bu arada Rusiya Prezidenti Vladimir Putin Hindistanda keçirilən G20 sammitində videomüraciəti zamanı Ukrayna müharibəsinə toxunub. Tezadlar.az Ria -Novosti- yə istinadla xəbər verir ki, Rusiya lideri baş verənləri faciə adlandırıb və danışıqların vacib olduğunu qeyd edib. O bildirib ki, Ukraynadakı müharibəni necə dayandırmaq barədə düşünmək lazımdır: “Bəli, təbii ki, hərbi əməliyyatlar həmişə faciədir və təbii ki, biz bu faciəni necə dayandırmaq barədə düşünməliyik. Yeri gəlmişkən, Rusiya heç vaxt Ukrayna ilə sülh danışıqlarından imtina etməyib... Mən başa düşürəm ki, bu müharibə və insanların ölümü şokdan başqa bir şey ola bilməz. Sual verirəm bu gün Fələstində, Qəzza zolağında mülki əhalinin məhv edilməsi şok yaratmırmı?".
V. Putin söyləyib ki, Rusiya heç vaxt Ukrayna ilə sülh danışıqlarından imtina etməyib. Onun sözlərinə görə, Rusiya Ukraynada ədalətə nail olmağa çalışır. Lakin Rusiyanın irəli sürdüyü şərtləri Ukrayna üçün qəbuledilməz sayılır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN