ABŞ hökuməti Azərbaycan və Ermənistanın saxlanılanların dəyişdirilməsini alqışlayır.

Tezadlar.az CNN ə istinadla  xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Millerin müvafiq mövzulu bəyanatında bildirilib.

“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın iki azərbaycanlı və otuz iki erməni saxlanılanın azad edilməsi barədə açıqlamasını alqışlayır. Bu öhdəlik tərəflərin sülh müqaviləsini prosesini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üzərində işlədiyi bir vaxtda mühüm etimadın möhkəmləndirilməsi tədbiridir. Biz Azərbaycan Prezidenti Əliyevi və Ermənistanın Baş naziri Paşinyanı Cənubi Qafqaz xalqları üçün daha dinc və firavan gələcək üçün zəmin yaratmaq üçün birgə səylərinə görə alqışlayırıq.

Birləşmiş Ştatlar davamlı və ləyaqətli sülhə nail olmaq üçün səyləri güclü şəkildə dəstəkləməyə davam edəcək”, – sənəddə qeyd olunub.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

 Dünyanın bəzi media orqanları və sosial media fəalları yazır ki, Ermənistanın Azərbaycanla bu razılaşması heç şübhəsiz ki, bölgədə sülh istəməyən dövlətlət başçılarını, xüsusən də Fransa prezidenti Makronu məyyus edib... Təbii ki, Fransa Ermənistanı silahlandırırdısa, bu o deməkdir ki, Makronun arzusu iki ölkə arasında müharibənin alovlanması idi. Amma Ermənistanda da anlayırlar ki, belə bir müharibə bir də olarsa, Fransa deyil, Ermənistan əzilən tərəf olacaq...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN