"Azərbaycan Respublikası vahid Çin siyasətini dəstəkləyir”.

Tezadlar.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyninin Tayvanda keçirilmiş seçkilər ilə əlaqədar mətbuat açıqlamasında deyilir. “Azərbaycan Tayvanın müstəqilliyini tanımır və keçirilən seçkiləri pisləyir. Azərbaycan Çinin daxili işlərinə müdaxilənin əleyhinədir”, nazirliyin açıqlamasında qeyd edilir.

Yanvarın 13-də Tayvanda  ada administrasiyasının rəhbəri və qanunverici yuan (ən yüksək qanunverici orqan) üzvləri üçün seçkilər keçirlib.

1949-cu ildə Çində Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirməsindən sonra ölkədə rəhbərlik Çin Kommunist Partiyasının əlinə keçib.1948-ci ildə Mao Tsedun siyasət dəyişdirir və ölkədə idarəçiliyi ələ keçirir.1949-cu ildə Çin Kommunist Partiyası Pekini ələ keçirir. Beləliklə hakimiyyəti itirən Çin Milliyətçi Partiyasının rəhbəri Chiang Kai Shek Tayvan adasına köçür. Burada Çin Xalq Respublikasından asılı olmayan bir dövlət qurur. Tayvan Çin Xalq Respublikası ilə sıx ticarət əlaqələri yaratsa da  Çindəki kommunist rejiminə qarşı silahlı müqavimət mövqeyindədir. Çin Xalq Respublikası Tayvanı gec-tez Çinin tərkibinə qayıtmalı olan separatçı əyalət hesab edir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN