AMEA-nın Tarix İnstitutunda qalmaqallı hadisələr davam edir...

Belə ki, institutun beynəlxalq əlaqələr şöbəsinin müdiri Tofiq Mustafazadə 1986-cı ildə "XVIII əsrin 1-ci yarısında Azərbaycanda Rusiyaya meylin güclənməsi" adlı kitab nəşr etdirib. AMEA-nın adının çəkilməsini istəməyən professorlarından birinin "Təzadlar"a verdiyi məlumata görə, professor T.Mustafayev bu kitabında Azərbaycanın Qarabağ əhalisinin milliyətini erməni əhali kimi təqdim edib... 

Biz inanmadıq və düşündük ki, başqa sahənin adamı naşı olub belə bir elmi dərslikdə bu cür tarix yaza bilməz. Lakin redaksiyaya zəng edən professor israrla bildirdi ki, həmin kitabın 30-cu səhifəsini oxusaq, bunun şahidi ola bilərik. 

Əməkdaşlarımız hazırda Azərbaycan Milli Kitabxanasında həmin kitabın əldə olunaraq həmin səhifəsində, ümumiyyətlə isə, bu kitabın özünda bütövlükdə Azərbaycan və Qarabağ tarixi, eləcə də Qarabağın erməni əhalisi haqqında daha nələrin yazıldığını öyrənməkdədir...

Bununla belə, hələ də inana bilmirik ki, o boyda institutun bu boyda şöbə müdiri və professoru ermənilərə tutalqa verən tarixi səhvə yol versin. Təkrar edirik, bunu bəlkə də Azərbaycan AAK-da dava-şava salıb sonradan məhkəmə yolu ilə fəlsəfə və ya doktorluq dissertasiyasını işə keçirən, diplom alan kimsə edə bilər, amma professor Tofiq Mustafayevin bu kitabında belə bir təqdimatın olmasına qəti inana bilmərik... Hətta bizə deyildi ki, hörmətli professor Osmanlı Türkiyəsini işğalçı kimi təqdim edərək Azərbaycanın qatı düşməni olaraq geniş şərh etmişdir... Doğrudanmı belədir, hələki deyə bilmirik. Amma çox istərdik ki, Tofiq Mustafazadə özü bu məsələyə aydınlıq gətirsin. 

Mövzuya qayıdılacaq. Əməkdaşlarımızın Azərbaycan Milli Kitabxanasından qayıtmasını gözləyirik.

"Təzadlar" 

P.S.Hətta Nadir şah quldurbaşı adlandırılır... Doğrudanmı tariximizi saxtalaşdırmış belə bir kitab indiyədək AMEA və DTX tərəfindən təhlil edilməyib??? Və ya belə bir saxta tarix yazan adam necə olur ki, hələ bir Tarix İnstitutunda şöbə müdiri də olur???

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN