AMEA Tarix İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Tofiq Mustafayevin 1986-cı ildə yazdığı "XVIII əsrin 1-ci yarısında Azərbaycanda Rusiyaya meylin güclənməsi" adlı kitabı tapılıb...
Xəbər verdiyimiz kimi, AMEA-nın adının çəkilməsini istəməyən professorlarından birinin "Təzadlar"a verdiyi məlumata görə, professor T.Mustafayev bu kitabında Azərbaycanın Qarabağ əhalisinin milliyətini erməni əhali kimi təqdim etmişdir.
Biz inanmadıq və düşündük ki, başqa sahənin adamı naşı olub belə bir elmi dərslikdə bu cür tarix yaza bilməz. Lakin redaksiyaya zəng edən professor israrla bildirdi ki, həmin kitabın 30-cu səhifəsini oxusaq, bunun şahidi ola bilərik. Əməkdaşlarımız Azərbaycan Milli Kitabxanasında həmin kitabın əldə olunaraq həmin səhifəsində, ümumiyyətlə isə, bu kitabın özünda bütövlükdə Azərbaycan və Qarabağ tarixi, eləcə də Qarabağın erməni əhalisi haqqında daha nələrin yazıldığını öyrənməyə çalışdılar. Məlum oldu ki, professor T.Mustafayev həmin kitabın arxivdən itirilməsi üçün əlindən gələni edib. Çünki bir neçə kitabxanada axtardıqda tapılmadı. Amma tapdıq.
***
Bununla belə, hələ də inana bilmirik ki, o boyda institutun bu boyda şöbə müdiri və professoru ermənilərə tutalqa verən tarixi səhvə yol versin. Təkrar edirik, bunu bəlkə də Azərbaycan AAK-da dava-şava salıb sonradan məhkəmə yolu ilə fəlsəfə və ya doktorluq dissertasiyasını işə keçirən, diplom alan kimsə edə bilər, amma professor Tofiq Mustafayevin bu kitabında belə bir təqdimatın olmasına qəti inana bilməzdik... Amma məlum oldu ki, professor T.Mustafayev bu kitabda Osmanlı Türkiyəsini işğalçı kimi təqdim edir, bununla da ürəyi soyumur, hətta Nadir şahı quldurbaşı adlandırır... İnanırıq ki, tariximizi saxtalaşdırmış belə bir kitab AMEA və DTX tərəfindən təhlil ediləcək, dərhal yandırılıb arxivdən silinəcək, müəllifi isə ciddi cəzalandırılacaq. Amma və lakin...
...Professor Tofiq Mustafayev milli maraqlara və dövlətçiliyə xidmət edən bu araşdırmamızın qarşısını almaq üçün dünəndən min oyundan çıxır. Təbii ki, əbəsdir. Çünki ortada milli və dövləti maraqlarımız var. Belə ki, o, İqtisad Universitetinin rektoru Ədalət Muradovun ictimai qurum olan Mətbuat Şurasının keçmiş sədri Əflatuun Amaşova xahişlərindən sonra və deputat Bəxtiyar Sadıqovun xəstə təxəyyülünün məhsulu kimi, necə deyərlər, "it ilində" "Təzadlar"ın adının MŞ-ın "qara siyahısı"na salınması barədə modern.az saytında yayımlanmış bir xəbəri 2-ci dəfədir ki, "Təzadlar"ın elektron poçtuna göndərir. Guya bizə təsir edəcək ki, biz də onun saxta fikir və təhriflərlə dolu kitabı barədə araşdırmamıza son verəəcəyik... Əsla!
Çox hörmətli Tofiq Mustafayev! Biz sizin Azərbaycan xalqının və milli, tarixi dövlətçiliyimizə ağır zərbə vurmağa çalışan düşmənimiz ermənilərin "dəyirmanına su tökən" məlum kitabınızın iç üzünü açırıq, siz isə bizə təzyiq və təhdidlər edirsiniz. Biləsiniz ki, uzun illər Azərbaycan mediasının baş ağrısı və kimlər üçünsə "çörək ağacı" olmuş məlum "qara siyahı" şəxsən mənim təşəbbüsüm və sağ olsun, MŞ-ın indiki sədri Rəşad Məcidin, MŞ-ın sabiq icraçı katibi Şəmsəddin Əliyevin dəstəyi ilə ləğv və birdəfəlik rədd edilib. Və ikiqat sağ olsun Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovu ki, o da mediaya "qara siyahı" prizmasından yanaşmanı birdəfəlik aradan qaldırdı... Siz isə bizə ikinci dəfədir guya təsir etmək məqsədi ilə, rektor Ədalət Muradovun yaxın dostu olmuş modern.az-ın baş redaktoru Elşad Eyvazlının "it ilində" yayımladığı həmin məlumatının linkini göndərirsiniz. Ara vurmaq üçün??? Gülməlidir! Elşad Eyvazlı yaxşı oğlandır, bu düşüncədən əl çəkin!
Biz də sizə E.Eyvazlının barəsində Q.Məmmədovun bir ay əvvəl YouTube-də yayımladığı bir video-reportajını göndərə bilərik, amma biz bunu etmirik. Bilirsiniz niyə? Çünki biz özümüzü heç bir halda sizin səviyyənizdə görə bilmərik.
SONDA: bilmirik, ümumiyyətlə, siz özünüzün professor kimi səviyyənizi necə görürsünüz? Bilmirsinizsə, biz sizə məlum kitabınızdan bəzi səhifələri göndəririk. Təkrarən oxuyun! Amma 1986-cı ilin gözü ilə yox! Prezident İlham Əliyevin möhkəmləndirdiyi, nüfuza və hörmətə mindirdiyi indiki Azərbaycanın gözü ilə baxın...
(Davamı var)
"Təzadlar"ın Araşdırma Qrupu
(Və sair...)