...Belə bir məsəl var: "Bir balaca boyu varş dam dolusu toyu var..."

Açması o deməkdir ki, hər kəs boyuna görə yuxarı tullana bilər və ya çəkisinə, gücünə görə yük götürə bilər... Bu, həm fizikanın, həm də iqtisadiyyatın qanunudur. Müasir dildə desək, cibində 100 manatı olana 100 min manatlıq alveri etibar etmək olarmı? Yəqinki yox! Amma cibində, yəni nizamnamə kapitalı 10 manat olan  "TVM İnşaat" adlı MMC- yə təxminın 135 milyon 921 manatlıq işi həvalə ediblər. Özü də Qarabaöda...

XXX

Beləliklə, araşdırmalar və rəsmi rəqəmlər deyir ki, Qarabağ iqtisadi rayonunda Bərpa Tikinti və İdarəetmə Xidmətinin keçirdiyi tender müsabiqəsinin qalibi "TVM İnşaat” MMC olub. Xidmət Ağdam rayonunun Xıdırlı kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınmasına görə "TVM İnşaat” MMC-yə 135 milyon 920 min 148 manat ödəyəcək. Nizamnamə kapitalı 10 manat olan "TVM İnşaat” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, Müşfiqabad qəsəbəsi, ev 3D, mənzil 8 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.

Xatırladaq ki, ötən il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən Ağdam rayonunun Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərinin təməlləri qoyulub.

XXX 

"Təzadlar"ın kiçik bir araşdırması ilə məlum oldu ki, rəhbəri deputat Zahid Oruc olan  "Sosial Tədqiqatlar Mərkəzi”nin də "TMM İnşaat" MMC ilə mehriban münasibəti var. Belə ki, 2021- ci ildə isə  "Sosial Tədqiqatlar Mərkəzi” tərəfindən keçirilən tender müsabiqəsinin qalibi yenə də "TVM İnşaat" MMC (VÖEN- 1101408601) olub. İqtisadiyyat Nazirliyinin yaydığı açıqlamada göstərilirdi ki, MMC Sosial Tədqiqatlar Mərkəzinin sifarişi əsasında mərkəzin inzibati binasını tikəcək və MMC tender şərtlərində göstərilən işlərin həyata keçirilməsi üçün Sosial Tədqiqatlar Mərkəzindən 1 milyon 810 min manat alacaq. Tikinti işlərinin 2021- ci ilin iyul ayında başladığı və ilin sonunda başa çatacağı bildirilirdi. Və işlərin təxminən həmin dövrdə başa çatdırıldığı deyilir. 

Başqa bir maraqlı məqam: necə deyərlər, əli milyonlarla oynayan bu MMC 25.07.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 3D, m. 8 olaraq göstərilir. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur. Sosial media isə həmin dövrdə məlumat verilirdi ki, mMC rəhbərliyi millət vəkili Zahid Orucla yaxın münasibətdədir və s.

Qeyd edək ki, şirkətin hüquqi ünvanı belədir: Bakı ş., Nəsimi ray. , Azadlıq pr., 77. 

Bu və ya digər məsələlərə aydınlıq gətirilməsi üçün şirkətin saytındakı 012-4647586 telefonuna dəfələrlə zəng etsək də cavab verən olmadı... Mövzu isə hələki açıq qalır...

Nə isə...

"Təzadlar"

2978ea47-c443-4e76-9d0b-02eed5c61031

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN