Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-ninM.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu,

texnika üzrəfəlsəfə doktoru, şair-qəzəlxan Əli Ələmi (Əmirov) kitabxanada həyatakeçirilənYaradıcı oxucularımızlayihəsinə yeni şeir təqdim etdiQalib xalqımızın qalib liderişeirini müəllif AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevə sr edib.
Mərkəzi Kitabxanadan "Təzadlar"a bildirilib ki,  
Seçmişik, seçərik səniyenədə”, – deyən şair 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ardınca igid əsgərləri apararaq bizə Zəfər sevincini yaşadan xalqımızın qalib liderinə dəstək olduğunu bildirir.

"Təzadlar" həmin şeiri təqdim edir:

 Qalib xalqımızın qalib lideri

 

Qaldır yumruğunu, əzmlə yeri,

Qalib xalqımızın qalib lideri!

 

Dedin ki, Qarabağ Azərbaycandır,

Gözləyir Vətənim məni haçandır,

Ey düşmən, bacarsan, məni dayandır!

Səslədin ardınca igid əsgəri,

Qalib xalqımızın qalib lideri!

 

Seçmişik, seçərik səni yenə də,

Bir zərbə olacaq bu, düşmənə də!

Birgə yallı gedək bu təntənədə,

Fəxr edir səninlə Turan elləri,

Qalib xalqımızın qalib lideri!

 

Hələ görüləsi çox işlərin var,

Gördün, səninlədir bu el, bu diyar,

Hər bir xalq belə bir lider arzular!

Öndəsən, atmadın bir addım geri,

Qalib xalqımızın qalib lideri!

 

Səndən ilham alaq, mehriban olaq,

Sənin əməlinlə daim ucalaq,

Düşməndən öc alaq, dosta əl çalaq!

Tanrı qismət edib sənə Zəfəri,

Qalib xalqımızın qalib lideri!

 

Ələmi, uçursan yenə göylə,

Durmadan, ey şair, şeirini söylə!

Hardan ilham alıb yazmısan böylə,

Sənə yazdıran kim bəs bu sözləri?

- Qalib xalqımızın qalib lideri!

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN