...Yadıma gəlir, 2003-cü ilidəki Prezident seçkiləri...

Çox çətin bir dövr  idi. Çünki xarici qüvvələr və onların nökərləri olan bəzi radikal müxalifətçilər ulu öndər Heydər Əliyevin xəstəliyindən istifadə eləyib, ölkəmizdə çox fəallaşmışdılar. Onlar bütün qüvvəllərini sərf eləyirdilər ki, Azərbaycanı əvvəlki xaos illərinə sürükləsinlər və bu məmələkəti parçalasınlar. Çünki 1993-cü ildə dahi Heydər Əliyev onlara, onların bu çirkin niyyətlərinə  imkan  verməmişdi və vətəndaş qırğınının qarşısını almışdı. Beləliklə, onların arzuları ürəyində qalmışdı... Axı bəzi xarici ölklərin rəhbərləri heç cürə istəmirdilər ki, Azərbaycan adlı müstəqil dövlət olsun. Amma xalq onların istəklərini başa düşdüyündən demək olar ki, hamılıqla Prezident seçkilərinə getdilər və cənab İlham Əliyevi prezident seçdilər. Çünki biz hamımız bilirdik ki, cənab  İlham Əliyev müstəqil Azərbaycanın ideya müəllifi, memarı, qurucusu,  əbədiyaşar Heydər Əliyevin yolunu davam etdirəcək və ölkənin parçalanmasına imkan verməyəcək. Ulu öndər Heydər Əliyev də hələ sağlığında demişdi ki, “Mən İlham Əliyevə özüm kimi inanıram və inanıram ki, o, prezident seçiləndən sonra mənim qurduğum dövləti uğurla irəli aparacaq”. Çox uzaqgörən siyasətə malik və Azərbaycanı öz canı qədər sevən dahi Heydər Əliyevin bu fikiri az bir zamanda reallaşdı. Beləliklə, İlham Əliyev prezident seçkilərində dediyi : “Mən hər bir azərbaycanlının Prezidenti olacam” fikiri az bir vaxtda reallaşdı. Azərbaycanın çiçəklənməsi dövrü başladı. İqtisadiyyat az bir vaxtda yüksəldi. Qısa bir vaxtın içərisində rayonlarda, kəndlərdə böyük quruculuq işləri başladı. Müasir yollar çəkildi. Xəstəxanalar, məktəblər, mədəniyyət evləri, körpülər tikildi, Olimpiya kompleksləri yaradıldı. Sahibkarlara, fermerlərə  hər cürə şərait yaradılıdı.  Çoxlu iş yerləri açıldı. Rayonlardan, kəndlərdən Bakıya, Sumqayıta  və xarici ölklərə iş axtarmaq üçün gedənlərin sayı tam azaldı. Kənd təsərrüfatı dirçəlməyə başladı.

Həmin vaxtı sahibkarlığa başlayan mənim kimi cavan insanlar böyük həvəslə  burada müəssisələr qurmağa başladıq. Çoxlu iş yerləri açdıq. Və hamımız bu işi böyük həvəslə görürdük. Çünki bilirdik ki, arxamızda bizi sevən  İlham Əliyev kimi bir prezident dayanıb və  bu işləri görməyə bizi həvəsləndirir.

ilham-mehriban

Cənab prezident İlham Əliyevin birinci prezidentliyi dövründə artıq xarici sərmayədarlar da ölkəyə çoxlu sərmayələr qoymağa  başladılar. Neft və qaz sənayemiz yüksək səviyyədə inkişaf etdi. Qardaş Türkiyə  Respublikası və Orta Asiyadakı türkdilli ölkələrlə yaxşı əlaqələr quruldu. Xəzər dənizindən çıxarılan neftin, qazın  hasilatı artdı. Azərbaycan neftinə, qazına xarici ölklərin marağı daha çox artdı və dünya bazarında baha qiymətə satılırdı. Bakı-Tiflis-Geyhan neft kəmərinin ardınca, Bakı-Tiflis-Qars qaz kəməri, dəmir yolu  çəkilməyə başladı.  Bakı-Tiflis-Geyhan neft kərəmi dahi Heydər Əliyevin adı ilə bağlanmışdısa, Bakı-Tiflis- Qars qaz kəməri və dəmir yolu kimi  tarixi hadisələr də cənab İlham Əliyevin adı ilə Azərbaycanın tarixinə düşdü. Artıq bundan sonra cənab İlham Əliyev bir vaxtlar dahi Heydər Əliyevin qurduğu ordu quruculuğunu çox sürətlə davam etdirdi. Çünki hələ sağlığında ulu öndər Heydər Əliyev deyirdi ki, “İqtisadiyyatı və ordusu güclü olan ölkəni heç kim məşlub edə bilməz”.

Çox uzaqgörən siyasətə malik İlham Əliyev ordu quruculuğunu və müasir silahların alınıb Azərbaycana gətirilməsini  çox zərgər dəqiqiliyi ilə edirdi və bizi sevməyən, bizim güclənməyimizi istəməyən  heç bir xarici ölklərin başçıları bunu başa düşə bilmirdilər. Amma xalqımız ona çox inandığından artıq onu böyük istəklə  ikinci dəfə Prezident seçmişdi. Çünki hamı inanırdı ki, Qarabağın azadlığını yalnız cənab İlham Əliyev reallaşdıra  bilər. Həmin vaxtlar biz sahibkarlar xarici ölklərə gedəndə və orada erməni gavurlarla rastlaşanda, onların rişğəndli baxışlarını görəndə çox sarsılırdıq. Və bizim də daxilimizdə bir inam vardı ki, bu qara pərdəni cənab İlham Əliyev xalqımızın üstündən tezliklə görürəcək. Ona görə də hər bir sahibkar, fermer  əlindən gələni edirdi ki, ölkəmizin iqtisadiyyatı, sənayesi, ticarəti, kənd təsərrüfatı daha çox güclənsin. Çoxlu iş yerləri açılsın. Axı biz hamımız inanırdıq ki, ölkənin başında çox güclü siyasətə, təşkilatçılığa malik, xalqını çox sevən bir prezident dayanıb. Elə bir prezident ki, artıq xarici ölkələrin başçıları onun orijinal fikirlərilə razılaşırlar. Onun ermənilər və onların havadarları haqqında dediyi kəskin fikirləri qəbul edirlər. Özünün çox ağıllı fikirləri, məntiqi çıxışları ilə xarici ölkələrdə keçirlən tədbirlərdə təkcə Azərbaycan dilində yox, türk, rus, ingilis, alman və fransız dillərində ermənilərin qəsbkar olduğunu, torpaqlarımızı işğal etdiyini, Xocalı, Malıbəyli,  Ağdaban və başqa bölgələrdə törətdikləri qırğınları məntiqi formada sübut edirdi. Bu məntiqin qarşısında xarici ölklərin rəhbərləri susmağa məcbur olurdular. Beləkilə, cənab İlham Əliyevin apardığı  söz, informasiya  müharibəsilə ermənilərin və onlara havadar olan Minsk qrupunun maskası cırılırdı...

Xalqın inamı öz prezidentinə çox artdığından onu yenidən bu sıkanın arxasında görmək istədi və xalq böyük yekdilliklə üçüncü dəfə cənab İlham Əliyevi yenidən prezident seçdi. Bu seçkidən sonra artıq cənab İlham Əliyev tam inandı ki, əgər Qarabağ müharibəsini başlasa, xalq bütövlükdə- iqtidar da, müxalifət də hökmən onun arxasında olacaq. Yeri gəlsə hamı silaha sarılıb, Vətəni qoruyacaq. Amma ermənilər elə fikirləşirdilər ki, onlar Qarabağ müharibəsini başlasalar, azərbaycanlılar arasında böyük parçalanma olacaq və onlar tezliklə Bakını da ələ keçirib, “dənizdən-dənizə Ermənistan” adlı çirkin arzularının  reallaşmasına çalışacaqlar. Atalarımızın belə bir maraqlı məsəli var: “Çox bilən quş, dimdiyindən tələyə düşər”. Erməni gavurları da  bu yolla tələyə düşdülər. Vətən müharibəsinin ilk günündən Azərbaycan xalqı bütövlükdə milli birlik yaradıb, Prezidentin ətrafında sıx  birləşdilər.

ilham-cebhe-1

Hərbi Komissarlıqlarda döyüşə getmək istəyənlərin sayı-hesabı yox idi. Günlərlə həmvətənlərimiz Hərbi Komissarlıqların qarşısında dayanıb, orada işləyənlərdən  israrla  döyüşə getməyi tələb eləyirdilər. Böyükdən kiçiyə qədər hamı döyüşən orduya əlindən gələn köməklik edirdi. Beləliklə, həm ön cəbhədə  və həm də arxa cəbhədə hamı vuruşurdu. Cənab İlham Əliyev isə 44 günlük Vətən müharibəsində iki müharibə aparırdı. Bir müharibə Qarabağda, ikinici müharibə isə xarici jurnalistlərlə, siyasətçilərlə, İnformasiya Vasitələrilə  və  bizi  sevməyən xarici ölklərin rəhbərlərilə. Belə bir deyim var: “Haqq işə Ulu Tanrı da yardımçı olur”. Ulu Tanrı qardaş Tükiyənin, Pakistanın və İsrailin vasitəsilə bizə yardımçı oldu. Beləliklə, 44 günə Qarabağda dünya hərb elmində görünməmiş qələbə qazandıq. Bizi sevməyən ölkələrin rəhbərləri də və ən əsası isə erməni gavurları da  çaşıb qaldılar...

Xarici ölklərdə yaşayan və öz millətimizdən olan bəzi dönüklər də bar-bar bağırırdılar ki, “ hə, nə olsun. Qarabağ torpağı tam azad olunmayıb ki. Ermənilər tezliklə azad olunan torpaqları da geri qaytaracaqlar. İndi görəcəksiz”...

Amma cənab İlham Əliyev isə bu dönüklərin dediyinə fikir verməyib deyirdi: “Mən nəyi nə vaxt eləməyi özüm yaxşı bilirəm. Dəmir yumquq tezliklə hər şeyi tam həll eləyəcək”. Bəli. Elə də oldu. 2023-cü ilin sentyabr ayının 19 və 20-si tarixlərində aparılan lokal xarakterli 23 saatlıq  döyüşlərlə ermənilər ağ bayraq qaldırmağa tam razılaşdılar. Beləliklə, 23 saat müddətində  biz 44 günlük Vətən müharibəsindən daha çox düşmən silah-sursatını ələ keçirtdik. Və  xalqımızın uzun illər arzusunda olduğu Əsgəranda, Ağdərədə, Xocavənddə, Xankəndində və ən əsası da Xocalıda məhz cənab  İlham Əliyevin və qüdrətli ordumuzun sayəsində  üçrəngli bayrağımız  ucaldı.

Deməli, xalqımız hələ 2003-cü ildə Ulu Öndərin dediyi: “Mən İlham Əliyevə özüm qədər inanıram” kəlamını deməklə və xalqımız  cənab İlham Əliyevi prezident seçməkdə yanılmamışdı.

Deməli, bu seçkidə də xalqımız hamılıqla cənab İlham Əliyevi prezident seçməklə, Naxçıvan dəhlizinin açılmasını, dədə-baba yurdumuz Zəngəzurun, İrəvanın və bütövlükdə Qərbi Azərbaycanın məmləkətimizə birləşməyinin şahidi olacaqlar. Mən buna öz varlığım kimi inanıram. Ona görə də xalqımızı bütövlükdə cənab İlham Əliyevə səs verməyə çağırıram. Belə qüdrətli prezident Ulu Tanrının bizə bəxş elədiyi  çox böyük vergidir. Biz də xalq olaraq bu vergini hökmən  qorumalıyıq. Buna görə də yalnız və yalnız xalqın birliyi olmalıdır. Milli birliyi olan xalqı heç kim, heç bir dövlət  diz çökdürə bilməz. Bu, tarixlər boyu sübut olunmuş fikirdir.

 Hacı  Tahir  MƏLİKOV

 Sumqayıt şəhəri

(Xüsusi olaraq "Təzadlar" üçün)

 

27-28 Yanvar 2024-cü il

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN