Ötən gecə Beyləqan rayonunun İmamverdi kəndi yaxınlığındakı körpüdə tikinti materialları ilə yüklənmiş KAMAZ yük maşını idarəetməni itirərək "Jiquli" avtomobililə toqquşub.
Nəticədə KAMAZ körpüdən aşıb, “Jiquli” isə yolun hərəkət hissəsindən düşüb. Hər iki avtomobilin sürücüləri və "Jiquli"dəki sərnişin həlak olublar. Hüquq-mühafizə orqanlarının məlumatına görə, KAMAZ körpüdən düşərkən Bakı-Horadiz dəmir yolunda hərəkəti bağlayıb. Hərəkəti bərpa etmək üçün tədbirlər görülüb. Hüquq-mühafizə orqanları araşdırma aparırlar.
Səhlənkarlıq və sürücü məsuliyyətsizliyi öz işini gördü...