Dünən Bakı şəhərindəki «Marriott Hotel Boulevard»da İran İslam İnqilabının 45 illiyi ilə bağlı İranın Azərbaycandakı Səfirliyinin təşkil etdiyi mərasim keçirildi.

 Əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirildi. Mərasimdə Azərbaycan dövlətinin adından Baş nazirin müavini Şahin Mustafayev təbrik çıxışı söylədi… Sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ingilis dilində qonaqları salamladı, Azərbaycanla son dövrlərədək olan gərginliyin artıq aradan qaldırıldığını, bütün sahələrdə, o cümlədən mədəniyyət və iqtisadiyyat sferasında olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin davam etdirildiyini önə çəkdi. «Ötən ilin noyabrın 9-da Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin görüşündən sonra bunadək yaranmış bəzi anlaşılmazlıq və problemlər artıq aradan qalxmaqdadır və şükürlər ki, iki qonşu, dost və qardaş ölkələr arasında münasibətlər öz əvvəlki məcrasına qayıdır…», -deyən səfir Azərbaycana böyük uğurlar və xoşbəxt gələcək arzuladı.

Rəsmi çıxışlardan sonra Təbriz aşıqları qrupunun  ifasında "Yaşa, yaşa Azərbaycan" və "Təbrizim" və s. aşıq mahnıları qonaqların zövqünü oxşadı.

Mərasimin ən maraqlı hissəsindən biri də "Azərsun Holdinq"in prezidenti Abdolbari Goozalın mərasim tortunu kəsməsi və Təbriz aşıqlarını təbrik edərək onların hər birinə pul mükafatı (Azərbaycan ənənələrində buna «nəmər» deyirlər) təqdim etməsi idi.

«Təzadlar»ın mərasimə dəvətli əməkdaşlarının da iştirak etdiyi tədbir şam yeməyi və Azərbaycan milli musiqilərinin ifası ilə davam etdirildi.

***

Onu da xatırladırıq ki, İham Əliyevin 7 fevral 2024-cü il tarixdə keçirilən növbədənkənar Prezident seçkisində liderliyi ələ alması və yenidən Prezident seçilməsi münasibətilə İran Prezidenti Seyid İbrahim Rəisinin və İranın Azərbaycandakı Səfirliyinin rəsmi təbriki ötən gün ölkə mətbuatda yer almışdır.

A.Məmmədli

asif-i-3

asif-i-2

asif-i-5

asif-i-4

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN