Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının Xətai rayonu ərazisində keçirdikləri tədbirlər nəticəsində əvvəllər narkotiklə əlaqədar cinayətlərə görə məhkum olunmuş 56 yaşlı Hümbət Cəfərov, oğlu 33 yaşlı Əli Cəfərov və qızı 35 yaşlı Şəlalə Cəfərova saxlanılıb.

Onlara məxsus avtomobildən 14 kiloqramdan artıq heroin, metamfetamin və tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkar edilərək götürülüb.

Həmin şəxslər aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər.

Saxlanılan şəxslər Bakı şəhərində narkotik vasitələrin əsas tədarükçülərindən olublar.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN