Dünən fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü olub.

Tezadlar.az bildirir ki, Zelenski Əliyevi seçkilərdə əldə etdiyi qələbə münasibətilə təbrik edib, Azərbaycan Prezidentinə fəaliyyətində uğurlar arzulayıb. İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib, Volodimir Zelenskidən təbrik məktubu aldığını da məmnuniyyətlə qeyd edib. Ukrayna mətbuatının yazdığına görə, danışıqların əvvəlində Ukrayna və Azərbaycan liderləri hər iki dövlətin ərazi bütövlüyünü dəstəklədiklərini bir daha təsdiqləyiblər.
 Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr müzakirə olunub. Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Söhbət zamanı iki ölkə arasında iqtisadi-ticari, humanitar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN