Son günlərdə və elə əvvəllərdə də Qarabağda ermənilərin nə hoqqadan çıxdığı hamıya bəllidir. Ermənilər əvvəlcə sərhədçilərimizə hücum etdilər, sonra intensiv olaraq atəşkəsi pozmağa başladılar. Çünki başları hələ daşdan-daşa dəyməmişdi...

Səbəb də bu idi ki, Rusiya sülhməramlıları ermənilərin başını sığallamaqda idi. Lakin 44 günlük Zəfər müharibəsindən qalib çıxmış Azərbaycan ordusunun qarşısında bu hərəkətlər yolverilməz idi.

Beləcə, ictimai və rəsmi-siyasi səviyyədə narazılıqlar ona gətirdi ki, sülhməramlıların komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb ondan halallıq almalı oldu. Bu barədə “Sputnik Armenia”ya xəbər yayıb.

Ermənilər üçün bəd xəbər olsa da, bunun başqa alternativi də yoxdur. Məlum olur ki, görüşdə Muradovu kimin əvəz edəcəyi açıqlanmayıb, ancaq hələ may ayında Aleksey Avdeyevin rus sülhməramlılarının yeni komandanı ola biləcəyi barədə xəbərlər yayılmışdı. Rusiyanın Ermənistandakı səfirliyinin hərbi attaşesi polkovnik İqor Şerbakovun da iştirak etdiyi görüşdə Qarabağdakı sülhməramlı missiyanın gedişi, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə edilib.

İndi görək Muradovu kim və necə əvəzləyəcək...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN