Professor Fazil Qaraoğlunun kirayədə qaldığı evdən çıxarılması ilə bağlı sosial mediada çoxsaylı mesaj və rəylər yazılmaqdadır...

Məlum olur ki, vaxtilə "Kimyaçılar evi"ndən çoxotaqlı mənzil almış professor sonradan bu mənzili 77 min dollara sataraq Türkiyəyə gedib... Və bir müddət orda qaldıqdan sonra geri qayıdıb, kirayə tutub... İxtisasca kimyaçı olan alim nədən AMEA institutlarında işləmir? Bu da məlum oldu ki, o, uzun müddət AMEA-nın Kimya Prosesləri İnstitutunda çalışıb... Eləcə də Quranın tərcüməsini edib, tarixi kitablar yazıb və s. Sual yaranır ki, bu qədər fəaliyyəti olan alim necə ola bilər ki, indi küçədə qalsın?

 Sosial mediada yazılanlar isə təəssüf hissi oyadır. Belə çıxır ki, ortada Azərbaycan xalqının ürəyi yumşaqlığından sui-istifadə var. Hətta yazılanlara görə, artıq onun bank hesabına 50 min manata yaxın pul toplanıb, Heydər Əliyev Fondu isə ona yaşamağa ev də təşkil edib və s.

Politoloq Taleh Şahsuvarlının bir statusu isə diqqəti çəkir: "Bu günlərdə Fazil Qaraoğlu adlı bir alimin kirayə pulunu ödəyə bilmədəyi üçün ev sahibi tərəfindən çölə atıldığı barədə informasiya geniş rezonons doğurdu. Dərdinə əlac olmaq üçün xalqımız və dövlətimiz dərhal hərəkətə keçdi. Bu həssaslıq və qayğıkeşlik gözəldir, təqdirəlayiqdir. Doğrusu, neçə gündür Fazil müəllimin bir də elmi fəaliyyəti ilə maraqlanmaq istəyirdim. Google qarşıma 2007-ci ildə "Nurlar" nəşriyyatında çap olunmuş "Türk millətinin tarixi, qurduğu dövlətlər və ata-babaları" adlı bir kitabının pdf formatını çıxartdı. Elmi üslubda deyildi. Ancaq bunu qoyuram bir qırağa.

fazil-prof

Kitabında müəllif türklərin qurduqları dövlətləri sadalayır. Siyahı Orta Asiya Böyük Hun İmperatorluğu dövləti ilə başlayır və bu dövlətin eramızdan öncə 1400-cü ildə, yəni İsanın miladından 14 əsr əvvəl qurulduğu qeyd olunur. Bu məlumat məni olduqca təəccübləndirdi. Çünki eramızdan əvvəl 14-cü əsrdə "hun" kəliməsi belə tarixdə yer almamışdı, nəinki hunlar dövlət qura. Bunu da keçdik. Həmin kitabdan bir hissəni paylaşıram. Buradan da görəcəyiniz kimi, Türklərin qurduqları dövlətlər sırasında biz Azərbaycan türklərinin qurduğu Səfəvilər boyda cahan imperatorluğunun adı yoxdur...".

Və daha çoxsaylı qınayıcı şərhlər...

"Təzadlar"

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN