k Bakının tıxac dərdi ağlagəlməz vəziyyətə dirənib...
Hər gün işə gəlib evinə qayıdan vətəndaş ömrünün təxminən 4-5 saatını tıxacda itirirsə, bu hesabla, bundan sonra 20 il yaşağayacaq həmin insanların ömrünün qalan hissəsini özünüz hesablayın... Ömrümüz- ömrünüz tıxacda itir və əriyir...
***
Beləcə, Bakı sakinləri bu gün də tıxac əlindən qan ağlayır... Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi isə həmişə olduğu kimi tıxaclı yolların siyahısını verir... Amma görəsən, nə vaxt tıxacsız yolların da siyahısını verəcəklərmi? Bax bu cavabcız sual olaraq qalır...
Sosial platforma istifadəçiləri isə hər gün tıxacdan yazır, gileylənir, amma nə faydası? Səriyyə Alməmmədova da maraqlı foto və status paylaşıb. Sitat: "Masazırdan Ağ şəhərə 2 saat 50 dəqiqə... Təsəvvür edirsiniz? Müqayisə üçün Bakı-Naxçıvan təyyarəsi 1 saata ünvana çatır...".
Bəli, biz Qarabağ boyda 30 illik bir problemi 44 günə həll edən ölkənin vətəndaşlarıyıq. Bakıda, qurdalasan, on minlərlə yüksək vəzifəli məmur ortaya çıxacaq, amma hamısı həmişə Prezidentdən kömək istəyir. Sual verilməlidir: cənablar, Prezident paşinyanlarla, makronlarla... mübarizə aparsın, yoxsa sizlərin yaratdığı və bais olduğunuz tıxaclarla məşğul olsun???
A.Məmmədli