Gürcüstanda baş verənlər ABŞ administrasiyasında diqqətlə izlənilir...

Belə ki, artıq ABŞ Gürcüstana maliyyə və səyahət sanksiyaları tətbiq edə bilər. Tezadlar.az CNN- ə istinadla xəbər verir ki, bunu Tbilisidə səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayn mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, Aİ standartlarına uyğun gəlməyən qanun layihəsi olduğu kimi saxlanılacağı təqdirdə, həmçinin dinc nümayişçilərə qarşı zorakılıq göstəriləcəyi təqdirdə ABŞ tərəfindən Gürcüstana birinci mərhələdə maliyyə məhdudiyyətləri tətbiq ediləcək.
 O deyib ki, ikinci mərhələdə isə bu məhdudiyyətlər bütün bunlara görə məsuliyyət daşıyan şəxslərə qarşı səyahət sanksiyaları olacaq. ABŞ dövlət katibinin köməkçisi Vaşinqtonun Gürcüstana 390 milyon dollar yardım ayırmağı planlaşdırdığını, bu yardımın hərbi müdafiə məsələlərinə, iqtisadi inkişafa, vətəndaş cəmiyyətinin inkişafına yönəldiləcəyini deyib. Əlavə edib ki, Aİ standartlarına uyğun gəlməyən qanun layihəsinin tətbiq ediləcəyi təqdirdə bu vəsaitin ayrılması sual altına düşə bilər.

Gürcüstanın hökumət rəsmiləri isə ABŞ- ın sanksiyalar tətbiq edə biləcəyini ciddi hesab etmirlər... Və maraqlıdır ki, başabəla qanunun əleyhinə olan kütləvi etirazçılar bu qanunu Rusiyanın siyasi maraqlarına xidmət kimi bildirirlər, amma Rusiya rəsmiləri isə bu iddiaya hələ də ciddi formada reaksiya verməyiblər.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN