Bu gecə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatının qalibi Hidayət Heydərov vətənə qayıdıb.

Tezadlar.az xatırladır  ki, cüdoçunu daşıyan təyyarə gecə H.Əliyev Beynəlxalq Aeroportunda eniş edib. İdmançını hava limanında gənclər və idman naziri Fərid Qayıbov, habelə idman xadimləri, jurnalistlər və cüdo həvəskarları qarşılayıblar.

Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Mayın 20-də Hidayət Heydərov (73 kq) dünya çempionu olub.

Bəli, idman sərhəd tanımır... Cüdoçumuza daha böyük uğurlar arzu edirik. 
Y.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN